"Sumqayıt" Misli Premyer Liqasının 25-ci turunda doğma meydanda "Kəpəz"ə 1:3 hesabı ilə məğlub olub. "Kimyaçılar"ın baş məşqçisi Samir Abasov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Rəqibi təbrik edirəm. Oyunumuzda nələrin alınıb-alınmadığını indi deyə bilmirəm. Futbolçuların üzərinə getmək doğru olmaz. Çox üzgündürlər. Qələbə qazanmaq istəyirdilər. Planlaşdırmadığımız bir məhdudiyyətlə üzləşdik. Növbəti oyunlarda bunun əvəzini çıxmağa çalışacağıq.
- Heyəti gücləndirmək istiqamətində addımlar atılacaq?
- Bir Cordan Rezabalanı transfer etmişik. Transfer məsələsində ciddi hərəkət etməlisən. Cordan son matçını dekabrda oynayıb. 2 aydır futbolsuz qalıb. Məcburuq ki, çempionat oyunları ilə onu formaya salaq. Ehtiyat oyunçular skamyasının kasad olmağı bizə problem yaradacaq. Artıq bununla barışmalıyıq.
- Tribunalar boş idi. Sumqayıt sakinlərini stadiona necə cəlb etmək olar?
- Bu, bizim futbolun problemidir, səhərlərə bölməyək. Amma bir az sərt olacam. Həmişəki kimi kimlərinsə xoşuna gəlməyəcək. Fan klubumuza təşəkkür edirəm. Deyəcəklərimin onlara aidiyyatı yoxdur. Bu gün Sumqayıtda heç bir azarkeşin ixtiyarı yoxdur desin ki, niyə "Kəpəz"ə uduzdun. Bu ixtiyarın sahibi olmaq üçün gəlib komandanı dəstəkləmək lazımdır. Açılış matçında stadion dolu idi. Deməli sən bura futbolçulara, komandaya görə yox, müğənnilərə görə, Hissə görə gəlmisən. Get otur evində bax. Futbolçulara, komandaya nəsə demək istəyirlərsə, gəlsinlər stadionu doldursunlar. Açılış oyununda dəstəklərini göstərdilər. Gəlməyəcəklərsə, onlara görə uduzmayacağıq, özümüzə görə oynayırıq. Dünənə kimi stadion davası edən insanlar var idi. Bu cür stadion tikilib. Onlara görə oyunun vaxtını dəyiş ki, vaxt uyğun olsun. Oyuna 200 nəfər gəlir. Heç kimin danışmağa ixtiyarı yoxdur. Mən bunu bir sumqayıtlı kimi deyirəm(sportal.az).
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi
Karyerasını “Real”da bitirməyə hazırlaşır
"Görünən odur ki, daha çox inkişaf etməliyik" - Rui Jorje
Azərbaycan - Litva: Heyətlər açıqlandı
Müqaviləsi uzadılır, maaşı artırılır
Zidan Ronaldonu müdafiə etdi
“20 ildə ilk dəfədir ki, utanıram” - Modriç
Kamilo Duran Kolumbiya millisində debüt etdi
Özünə 3,6 milyon avroluq “Ferrari” hədiyyə etdi - Video
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
Azərbaycan - Litva oyunu bu kanalda
Bakıda cüdo üzrə dünya çempionatı başlayır
Xorvatiya tarixinin ən böyükhesablı məğlubiyyəti - Video
İngiltərə Xorvatiyanı darmadağın etdi, İspaniyadan qələbə
"Turan Tovuz" "Fənərbaxça" oyunundan - Video
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi