"Azarkeşlərə təşəkkür edirəm. 10 oyundur qələbə qazanmırdıq. Futbolçulara və mənə mənəvi olaraq dəstək oldular. Qələbəmizi onlara ərmağan edirəm. Futbolçular kritik vəziyyətdə qələbə qazandılar. Əzmkarlıq göstərdilər".
QOL.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 24-cü turunda "Araz-Naxçıvan"a 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.
"İlk hissə hər iki komanda ehtiyatlı oynayırdı. Fasilədən sonra daha açıq futbola üstünlük verildi. Hansısa komandanın fərqlənəcəyi kimi görünürdü. İkinci qoldan sonra komanda rahatlandı. Rəqib də əzmkar mübarizə aparırdı. 3:0 asan görünə bilər, amma çətinliklə oldu. Qarşıda bizi çox vacib oyunlar gözləyir" - deyə o bildirib.
Mütəxəssis hakimlikdən razı qalıb-qalmadığı ilə bağlı sualı belə cavablandırıb: "Mən razıyam və ya razı deyiləm, bu cür düşüncəm yoxdur. Əsas odur ki, hər iki komanda meydandan çıxanda hakimlikdən razı qalsın. Hər dəfə alınmır".
R.Sadıqov çempionatda qol vurmağın çətin olduğunu vurğulayıb: "Bəlkə də, tarixin ən az qollu mövsümünü keçiririk. Əsas problemimiz son zərbələrdə dəqiq ola bilməməyimiz idi. Bu gün bunu aradan qaldırdıq və belə hesabla qələbə qazandıq".
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi
Karyerasını “Real”da bitirməyə hazırlaşır
"Görünən odur ki, daha çox inkişaf etməliyik" - Rui Jorje
Azərbaycan - Litva: Heyətlər açıqlandı
Müqaviləsi uzadılır, maaşı artırılır
Zidan Ronaldonu müdafiə etdi
“20 ildə ilk dəfədir ki, utanıram” - Modriç
Kamilo Duran Kolumbiya millisində debüt etdi
Özünə 3,6 milyon avroluq “Ferrari” hədiyyə etdi - Video
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
Azərbaycan - Litva oyunu bu kanalda
Bakıda cüdo üzrə dünya çempionatı başlayır
Xorvatiya tarixinin ən böyükhesablı məğlubiyyəti - Video
İngiltərə Xorvatiyanı darmadağın etdi, İspaniyadan qələbə
"Turan Tovuz" "Fənərbaxça" oyunundan - Video
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı