Noyabrın 16-da Bakıda Avropa Klublar Birliyinin (ECA) hüquq, kommersiya və üzvlük departamentinin regional toplantısı keçirilib.
QOL.az xəbər verir ki, tədbir "Qarabağ"ın İdarə Heyətinin və ECA-nın İcraiyyə Komitəsinin üzvü Asif Əsgərovun təşəbbüsü ilə ölkəmizdə keçirilib. Tədbirdə Azərbaycan Premyer Liqasının bütün komandalarının, Gürcüstanın klublarının nümayəndələri, həmçinin ECA-nın departamentinin rəhbərləri və baş müşaviri iştirak ediblər.
Görüşdə Azərbaycan Premyer Liqasında çıxış edən bütün komandalar quruma üzv olublar. Bunadək Azərbaycanın yalnız dörd klubu ECA-da təmsil olunsa da, Əsgərovun təklifi ilə digər Premyer Liqa təmsilçiləri də quruma qoşulublar. Bu, klublara qurumun xidmətlərindən istifadə etmək imkanı verəcək.
İclasda klublara bir sıra vacib məsələlərlə bağlı məlumatlar verilib. Burada düzgün müqavilə bağlama qaydaları, futbolçular sanksiyalarla üzləşərkən həyata keçirilməli olan hüquqi proseduralar, sponsor və tərəfdaşla anlaşma zamanı UEFA və digər ali qurumlar qarşısında öhdəliklər izah olunub. Tədbirdə 2024-27 tsiklində avrokubokların yeni formatı, ödəniləcək maliyyə vəsaitləri, həmçinin bu məsələlərlə bağlı klubların təmsilçisi olan ECA və UEFA arasında danışıqlar barədə məlumatlar verilib.
Yuxarı
Son məşq - Video
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”
Azərbaycanlı hakimə UEFA-dan təyinat
Ukrayna klubunun baş məşqçisi Renat Dadaşovdan danışdı
Messi Argentina millisinin düşərgəsində
Bədavi adlı "qoca qurd"...
"Lixtenşteynə də qalib gələcəyik" - Millinin debütantı
"Biz xalqımız və bayrağımız üçün oynayırıq" - Rüfət Abbasov