"Napoli"nin hücumçusu Xviça Kvaratsxeliya 6 aylıq fasilədən sonra qol vurub.
Qol.az xəbər verir ki, gürcü futbolçu İtaliya A seriyasının 6-cı turunda "Udineze" ilə oyunda (4:1) rəqib qapısına yol tapıb.
22 yaşlı forvard oyundan sonra DAZN-a açıqlamasında qol vurmaq üçün darıxdığını bildirib: “Əlbəttə, bu hiss üçün darıxmışdım. İstənilən futbolçu altı ay qol vurmasa, narahat olmağa başlayar. Amma mən qayıtdım. Komandanın qalib gəlməsinə kömək etdiyim üçün xoşbəxt və məmnunam. Biz başa düşürük ki, qalib gəlməyə davam etməliyik. “Udineze” ilə oyunda topa yaxşı nəzarət etdik və düşünürəm ki, qələbəyə layiq idik”.
Qeyd edək ki, Xviça bu mövsüm "Napoli"nin heyətində bütün yarışlarda 3 qol ötürməsi edib.
“Bavariya”dan darmadağın
"Daha güclü “Şəfa” görəcəyik" - Zaur Həşimov
“Qarabağ” "Şəfa"ya, "Neftçi" "Qəbələ"yə qalib gəldi
Qəbələdə vurulan qollar - Video
“İlk qola qədər pis görünmürdük” - Amil Ağacanov
“Sabah" bizə müraciət etsə..." - Vernidub
MOİK "Xankəndi"ni məğlub etdi
Mourinyo: "Formula 1-dən öyrənəcəyimiz çox şey var"
"Qarabağ" - "Şəfa": Heyətlər
Yamaldan "Qızıl top" açıqlaması