Şəhriyar Rəhimov dəfn olundu

Şəhriyar Rəhimov dəfn olundu
XƏBƏR 26 Avqust 2023 / 17:53 24451
-  A +

Ötən gün dünyasını dəyişən Azərbaycan millisinin sabiq üzvü Şəhriyar Rəhimov dəfn olunub.

Qol.az "Azərtac"a istinadən xəbər verir ki, mərhum futbolçu Xırdalan şəhər qəbiristanlığında atası Ağəli Rəhimovun məzarının yanında torpağa tapşırılıb.

Dəfn mərasimdə Ş.Rəhimovun ailə üzvləri, yaxınları, keçmiş komanda yoldaşları və futbol ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Şəhriyar Rəhimov 34 yaşında onkoloji xəstəlikdən vəfat edib. O, 2018-2019-cu illərdə Azərbaycan millisinin heyətində 9 oyunda meydana çıxıb. Mərhum futbolçu karyerası ərzində “İnter” (indiki “Şamaxı”), “Karvan”, AZAL, “Rəvan”, “Kəpəz”, “Zirə” və “Səbail” klublarının formasını geyinib.

Ş.Rəhimov 2022-ci ilin əvvəlində karyerasını başa vurub.

Şəhriyar Rəhimov dəfn olundu

 
Şəhriyar Rəhimov dəfn olundu
 
Şəhriyar Rəhimov dəfn olundu
 
Şəhriyar Rəhimov dəfn olundu
 

Səhifənin yuxarısına keçidYuxarı

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner