"Futbolçularımı təbrik edirəm. Çox yaxşı oyun keçdi. Hər iki komanda topla rəftarı xoşlayırdı. Komandaların çox maraqlı, düşünülmüş hücumları oldu. Bu, hələ ilk oyundur. Biz bu komandaya necə ki ilk matçdan əvvəl ciddi yanaşmışdıq, cavab görüşü öncəsi də eyni cür yanaşmalıyıq".
Qol.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının pley-off mərhələsində səfərdə Sloveniya “Olimpiya”sına 2:0 hesabı ilə qalib gəldikləri ilk oyundan sonra mətbuat konfransında deyib.
"Olimpiya"nın potensialı çox böyükdür. İstənilən an təhlükəli vəziyyətlər yaradıb, qol vurmaq qabiliyyətləri var. Bu qələbə bizi arxayınlaşdırmamalıdır. Bakıdakı matçda biz çox ciddi olacağıq. Hələ qarşıdakı 90 dəqiqədə xeyli güc sərf etməliyik" - deyə o bildirib.
Mütəxəssis rəqibi hansı komponentdə üstələdikləri ilə bağlı sualı belə cavablandırıb: "Rəqibi hansı komponentdə üstülədiyimizi burada demək bəlkə düzgün olmaz. Sadəcə oyunun əvvəlində düşündüyümüz pressinqi edə bilmədik. Amma get-gedə futbolçularım daha çox rəqibin zonasında oyunları qura bildi və pressinqimiz pis alınmadı. Bu komandanı qapımıza yaxın buraxdıqda təhlükə yarada bilirdilər. Ona görə maksimum bunun qarşısını almağa çalışdıq. Bəlkə də ən vacib komponentimiz bu oldu".
O, künc nöqtəsindən ötürmə zamanı Kevin Medinanın başla vurduğu qola da münasibət bildirib: "Standart vəziyyətlər, oyun quruculuğu, ümumiyyətlə, bütün komponentlər üzərində hazırlaşırıq. Bu gün daha uğurlu olduq. Deməzdim ki, oyunumuzu sırf bunun üzərində qurmuşduq. Lakin daha çox buna üstünlük vermişdik. Oyunun əvvəlində Zubir, Benzia oyunu başlayırdılar. Sadəcə uğurlu ötürmə və uğurlu qol oldu".
“Çelsi” onu hədəfə aldı
Fermin Lopesdən “Mançester Yunayted”ə cavab
Dambrauskasa "Fənərbaxça”dan təklif var?
"İmişli" - "Kəpəz" matçından - Video
“Qalatasaray”da daha bir istefa
"Neftçi" "Şamaxı"ya, "Kəpəz" "İmişli"yə qalib gəlib
“Bavariya”nın futbolçuları sıradan çıxdı
“Neftçi”ni liderliyə yüksəldən qələbəsindən - Video
UEFA-dan Babək Quliyevə yeni təyinat
“Uşaqlar üçün böyük təcrübə oldu” - Azər Bağırov
"Şamaxı" heç də asan rəqib deyil" - Yuri Vernidub
"Kəpəz" - "İmişli": Heyətlər
Elxan Səmədov “Neftçi”nin futbolçusunu mükafatlandırdı
Gecə əyləncəsi Qrilişə baha başa gəldi
"Şamaxı" - "Neftçi": Heyətlər açıqlandı
"Barselona"nın şousu - Video
“Milan” 53 il əvvəlki nəticəsini təkrarladı
37 yaşlı Roysdan 1 oyunda 3 qol ötürməsi
"El-Klasiko" zamanı evi qarət edildi
Azərbaycan millisinin futbolçusu İtaliyada qol vurdu - Video
Milan derbisində göz oxşayan qollar - Video
“Vikinq” – “Sabah”: UEFA nə yazır?
Murad Məmmədov üçün 17 dəqiqə
“Roma”dan 5 qollu qələbə - Video
Cəlal oynadı, komandası heç-heçə etdi
“Bavariya” - “Borussiya” matçında qalib aşkarlanmadı
“Mançester Siti” öz meydanında uduzdu - Video
Kokauri "Böyük Dəbilqə"də gümüş medal qazandı
Renatın komandasının oyunu yarımçıq saxlanıldı
“Fənərbaxça”dan gözlənilməz məğlubiyyət
İkardi "İnter"ə qayıdır?
"Məqsədimiz “Barselona”ya qalib gəlmək deyil"
Rüfət Abdullazadənin komandasından heç-heçə
Güləşçilərimizdən 1 gümüş,1 bürünc medal
Qurban Qurbanov onları cəzalandıracaq? - Video
“Qəbələ” - “Qarabağ” matçından - Video
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
"Qarabağ" və "Zirə" xal itirdi
Şamaxıda vurulan 4 qol - Video
Toral qol ötürməsi verdi, "Bursaspor" qələbə qazandı
“Çelsi” “Mançester Yunayted”i xalsız yola saldı