Azərbaycan millisinin sabiq futbolçusu Araz Abdullayev özünə yeni komanda tapıb.
Qol.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi karyerasını Kosovada davam etdirəcək. O, bu ölkənin yüksək liqa təmsilçisi “Llapi” ilə müqavilə imzalayıb. Məlumatı klubun mətbuat xidməti yayıb.
A.Abdullayev tibbi müayinədən uğurla keçib və yeni komandasında hazırlığa başlayıb.
“Arazın klubumuza transferini salamlayır, onun böyük təcrübəsinin komandamıza daha yüksək uğur gətirəcəyinə inanırıq” - deyə klubun yaydığı açıqlamada bildirilir.
Qeyd edək ki, hazırda “Llapi” Kosova çempionatında 2 turdan sonra 4 xalla 5-ci yeri tutur.
Xatırladaq ki, A.Abdullayev bunadək Azərbaycanda “Neftçi”, “Qəbələ”, “Qarabağ” və “Sumqayıt”, xaricdə isə “Panionios” (Yunanıstan), “Anortosis” (Kipr), “Boluspor” (Türkiyə) və “Etnikos” (Kipr) klublarında oynayıb.
Onun son klubu 2021/22 mövsümündə "Sumqayıt" olub. A.Abdullayev ötən mövsüm heç bir klubda olmadığından rəsmi oyunlarda iştirak etməyib.
Yuxarı
“Tottenhem”də ciddi itki
Obameyanq qəzaya düşdü
Bakıda matçın ən yaxşı futbolçusu müəyyənləşdi
"Sabah" "Barselona"ya məğlub oldu
"Real" da addım atmalıdır"
Nazirlər “Sabah” - “Barselona” oyununda - Video
Heyətdən kənarda qaldı, klubla bağlı paylaşımlarını sildi
“Latsio”nun futbolçusuna göz dikdilər
"Qızıl top" siz jurnalistlər üçündür"
"Sabah" - "Barselona": Heyətlər
Matçda iştirak etmədən 2 oyunluq cəzalandırıldı
“Nyukasl” səhmlərini satışa çıxarıla bilər
Qvardiola milli komandanı çalışdıra bilər
Səhv qərar versə də, klubdan üzr istəməyəcək
Elçin Məsiyev dünya çempionatına təyinat aldı
AFFA bu komandanı yarışdan kənarlaşdırdı