"Düşünürəm ki, hesabı nəzərə almasaq, 55 dəqiqədə komandam yaxşı mübarizə apardı. Konfrans Liqasından kənarda qaldıq. Buna baxmayaraq, rənglərimiz uğrunda mübarizə apardıq. Bu gün də göstərdik ki, meydana qələbə üçün çıxmışdıq".
Qol.az xəbər verir ki, bu sözləri "Neftçi"ni baş məşqçisi Adrian Mutu Konfrans Liqasının 3-cü təsnifat mərhələsində "Beşiktaş"la cavab oyunundan sonra təşkil olunan mətbuat konfrasında deyib. Bakıdakı ilk matçda 1:3 hesabı ilə uduzan paytaxt təmsilçisi səfərdə 1:2 hesabı ilə məğlub olub və turnirdə mübarizəni dayandırıb.
Mütəxəssis görüşdən öncə - dünən matç haqqında fikirlər bildirərkən inamlı danışmasına toxunub: "Hər oyuna belə yanaşırıq. İstəyirik ki, xarakterli komanda yaradaq. Hətta şanslarımız az olsa belə, mübarizə aparmalıyıq. Klubuna və təmsil etdiyin rənglərə hörmətlə yanaşırsansa, deməli, sona qədər mübarizə aparmalısan. İki oyuna baxsaq, dörd hissədən ibarət oldu. Bir hissəni qazanmış olduq".
Bu gün "Neftçi"nin start heyətində 10 legioner yer alıb. A.Mutu bu haqda söyləyib: "Bizdə Qara Qarayev var, avrokuboklarda oynaya bilmir. Eddi İsrafilov və Ömər Buludov da zədəlidir. Həqiqətə baxsaq, bu gün əlimizdə olan silahlarla sona qədər mübarizə apardıq. Çalışdıq ki, enerjimizi səmərəli istifadə edək. "Beşiktaş"da ehtiyatda 12, bizdə 5 oyunçu var idi. Oyunçu sayı az olsa da, göstərdik ki, bura turist kimi yox, futbol oynamağa gəlmişik".
A.Mutu "Təyinatınız daha tez olsaydı, nəticə fərqli olardı, yoxsa yenə "Beşiktaş"la matçlar çətin keçəcəkdi" sualına bu cür cavab verib: "Belə olsaydı, bəlkə heyətdə daha çox oyunçumuz olardı. Deyə bilməzdim, daha yaxşı olardı ya, yox. Amma daha hazırlıqlı heyət olardı".
Baş məşqçi artıq Premyer Liqaya köklənəcəklərini deyib: "Bu period ərzində oyunçular çox enerji itirdilər. Fürsətdən istifadə edərək istirahətimizə də vaxt ayıracağıq. Millilərə görə fasilə yaranacaq, mini toplanış keçəcəyik. Bununla da, tamamilə çempionata köklənəcəyik".
O, bu mövsüm avrokuboklarda cəmi bir qələbə qazanmalarının komandada psixoloji gərginlik yaratmayacağını deyib: "Bu cür təzyiq komandanın yox, mənim üzərimdə olmalıdır. Çünki yaxşı toplanış keçməməkləri futbolçuların günahı deyil. Sadəcə onları sakitləşdirməliyik və onlar istədiklərimə inanmalıdır. Yaxşı hazırlaşacağıq. Sonra daha fərqli komanda görəcəksiniz".
A.Mutu "Neftçi"nin bu gün ilk hissədə hücum futbolu oynaması haqda deyib: "Mən realistəm. Bilirəm ki, komanda yorğunluğa doğru gedirdi. Futbolçulardan xoşum gəldi, çünki xarakter göstərdilər. Hesabda geridönüş etmək istəyirdilər. Oyunçular 60-cı dəqiqədən sonra fiziki cəhətdən aşağı düşdülər. Bu da normaldır. Səfərlərimiz çox oldu və yorğunluq var idi. Amma görəcəksiniz ki, daha yaxşı olacaq".
Ramiq Ağaməmmədov, İstanbul.
“Çelsi” onu hədəfə aldı
Fermin Lopesdən “Mançester Yunayted”ə cavab
Dambrauskasa "Fənərbaxça”dan təklif var?
"İmişli" - "Kəpəz" matçından - Video
“Qalatasaray”da daha bir istefa
"Neftçi" "Şamaxı"ya, "Kəpəz" "İmişli"yə qalib gəlib
“Bavariya”nın futbolçuları sıradan çıxdı
“Neftçi”ni liderliyə yüksəldən qələbəsindən - Video
UEFA-dan Babək Quliyevə yeni təyinat
“Uşaqlar üçün böyük təcrübə oldu” - Azər Bağırov
"Şamaxı" heç də asan rəqib deyil" - Yuri Vernidub
"Kəpəz" - "İmişli": Heyətlər
Elxan Səmədov “Neftçi”nin futbolçusunu mükafatlandırdı
Gecə əyləncəsi Qrilişə baha başa gəldi
"Şamaxı" - "Neftçi": Heyətlər açıqlandı
"Barselona"nın şousu - Video
“Milan” 53 il əvvəlki nəticəsini təkrarladı
37 yaşlı Roysdan 1 oyunda 3 qol ötürməsi
"El-Klasiko" zamanı evi qarət edildi
Azərbaycan millisinin futbolçusu İtaliyada qol vurdu - Video
Milan derbisində göz oxşayan qollar - Video
“Vikinq” – “Sabah”: UEFA nə yazır?
Murad Məmmədov üçün 17 dəqiqə
“Roma”dan 5 qollu qələbə - Video
Cəlal oynadı, komandası heç-heçə etdi
“Bavariya” - “Borussiya” matçında qalib aşkarlanmadı
“Mançester Siti” öz meydanında uduzdu - Video
Kokauri "Böyük Dəbilqə"də gümüş medal qazandı
Renatın komandasının oyunu yarımçıq saxlanıldı
“Fənərbaxça”dan gözlənilməz məğlubiyyət
İkardi "İnter"ə qayıdır?
"Məqsədimiz “Barselona”ya qalib gəlmək deyil"
Rüfət Abdullazadənin komandasından heç-heçə
Güləşçilərimizdən 1 gümüş,1 bürünc medal
Qurban Qurbanov onları cəzalandıracaq? - Video
“Qəbələ” - “Qarabağ” matçından - Video
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
"Qarabağ" və "Zirə" xal itirdi
Şamaxıda vurulan 4 qol - Video
Toral qol ötürməsi verdi, "Bursaspor" qələbə qazandı
“Çelsi” “Mançester Yunayted”i xalsız yola saldı