“Bir həftə əvvəl hər iki komandanın hücum oyununu gördük. "Partizan" evdə oynayacaq, onların yaxşı baş məşqçisi, əla komandası var".
Qol.az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Murad Musayev Konfrans Liqasının 3-cü təsnifat mərhələsində "Partizan"la cavab oyunundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.
Mütəxəssis "Partizan"ın mərhələ adlamaq üçün irəli atılacağını nəzərə alaraq rəqibdən qorxmadıqlarını deyib: "Düşünürəm ki, rəqib irəli gedəcək, çünki onlara qol vurmaq lazımdır. Fikrimcə, sabah ilk oyundakı kimi maraqlı oyun izləyəcəyik. Bizim üçün çox çətin olacağına baxmayaraq, heç kimdən qorxmuruq. Biz cəsarətli futbol oynayacağıq və öz oyunumuzdan geri çəkilməyəcəyik”.
O, Misli Premyer Liqasının 2-ci turunda "Sumqayıt"la matçın təxirə salınmasının hazırlıq baxımından komandası üçün xüsusi üstünlük yaratmadığını bildirib: "Bir neçə zədəli futbolçumuz var. Çempionatda oyunu təxirə salmaq fürsəti yarananda razılaşdıq. Bunun bizim üçün xeyirli olub-olmadığını sabah öyrənəcəyik. Amma bunun əlavə fayda verəcəyini düşünmürəm".
M.Musayev müdafiə yox, hücum futbolu oynayacaqlarını deyib: "Erkən qol vurub, daha sonra əks-hücumlara keçmək ideal olardı, amma rəqib bunun əleyhinə olacaq. Sabah ən əsası intizamlı olmalı, çox çalışmalı və cəsarətlə oynamalıyıq. Müdafiədə oynamağa ehtiyac yoxdur. Ötən mövsüm çempionatda çox az qol buraxdıq, amma müdafiə oyunu bizlik deyil. Amma rəqib də hücuma keçəcək. Kim üstün olsa, sonda o uğur qazanacaq".
Baş məşqçi sonda "Komandadan ayrılan Coy Lens Mikelsin mövqeyində kim oynayacaq" sualına belə cavab verib: "İrazabal oynamağa hazırdır, bizimlə buraya gəldi. Heyət baxımından hələ seçim etməmişik".
“Çelsi” onu hədəfə aldı
Fermin Lopesdən “Mançester Yunayted”ə cavab
Dambrauskasa "Fənərbaxça”dan təklif var?
"İmişli" - "Kəpəz" matçından - Video
“Qalatasaray”da daha bir istefa
"Neftçi" "Şamaxı"ya, "Kəpəz" "İmişli"yə qalib gəlib
“Bavariya”nın futbolçuları sıradan çıxdı
“Neftçi”ni liderliyə yüksəldən qələbəsindən - Video
UEFA-dan Babək Quliyevə yeni təyinat
“Uşaqlar üçün böyük təcrübə oldu” - Azər Bağırov
"Şamaxı" heç də asan rəqib deyil" - Yuri Vernidub
"Kəpəz" - "İmişli": Heyətlər
Elxan Səmədov “Neftçi”nin futbolçusunu mükafatlandırdı
Gecə əyləncəsi Qrilişə baha başa gəldi
"Şamaxı" - "Neftçi": Heyətlər açıqlandı
"Barselona"nın şousu - Video
“Milan” 53 il əvvəlki nəticəsini təkrarladı
37 yaşlı Roysdan 1 oyunda 3 qol ötürməsi
"El-Klasiko" zamanı evi qarət edildi
Azərbaycan millisinin futbolçusu İtaliyada qol vurdu - Video
Milan derbisində göz oxşayan qollar - Video
“Vikinq” – “Sabah”: UEFA nə yazır?
Murad Məmmədov üçün 17 dəqiqə
“Roma”dan 5 qollu qələbə - Video
Cəlal oynadı, komandası heç-heçə etdi
“Bavariya” - “Borussiya” matçında qalib aşkarlanmadı
“Mançester Siti” öz meydanında uduzdu - Video
Kokauri "Böyük Dəbilqə"də gümüş medal qazandı
Renatın komandasının oyunu yarımçıq saxlanıldı
“Fənərbaxça”dan gözlənilməz məğlubiyyət
İkardi "İnter"ə qayıdır?
"Məqsədimiz “Barselona”ya qalib gəlmək deyil"
Rüfət Abdullazadənin komandasından heç-heçə
Güləşçilərimizdən 1 gümüş,1 bürünc medal
Qurban Qurbanov onları cəzalandıracaq? - Video
“Qəbələ” - “Qarabağ” matçından - Video
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
"Qarabağ" və "Zirə" xal itirdi
Şamaxıda vurulan 4 qol - Video
Toral qol ötürməsi verdi, "Bursaspor" qələbə qazandı
“Çelsi” “Mançester Yunayted”i xalsız yola saldı