"Beşiktaş"la rəqib olanda hamı bizi siyahıdan silmişdi. Futbolda hər şey mümkündür. Baxmayaraq ki, ilk oyunda uduzub, bura məğlubiyyətlə gəlmişik".
Qol.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Adrian Mutu Konfrans Liqasının 3-cü təsnifat mərhələsində "Beşiktaş"a qarşı keçirəcəkləri oyundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.
Mütəxəssis ilk görüşdə 1:3 hesabı ilə uduzsalar da, cavab oyununda qalib gəlməyə çalışacaqlarını qeyd edib: "İki qol fərqini aradan qaldırmalıyıq, bunu başa düşürük. Sabahkı matçda çalışacağıq ki, əlimizdən gələni edək və azarkeşlərimizə hörmət göstərək, geyindiyimiz rənglərə hörmətlə yanaşaq. Normalda bu cür komandalarla Çempionlar Liqasında qarşılaşırsan, Konfrans Liqasında yox. "Beşiktaş"la ilk oyunun 1-ci hissəsində də komandam əlindən gələni edirdi. Amma istəyərəm ki, sabah ikinci hissədə oynayan "Neftçi"ni görüm.".
A.Mutu komandasının heyətinin hazırkı durumuna toxunub: "Böyük dəyişiklik yoxdur. Zədəliləri çıxmaq şərti ilə aşağı-yuxarı eyni heyətdir. Heyətimiz kasaddır. Yeni transferlər də gözlənilir. Əlbəttə ki, son oyunların ritminə fikir versək, bu, bizə heç də üstünlük vermir. Normalda həm avrokuboklarda, həm də yerli çempionatda yaxşı çıxış etmək üçün daha geniş heyətə ehtiyac var. Çalışırıq ki, düşdüyümüz vəziyyətə uyğunlaşaq və bu vəziyyətdən yaxşı formada çıxa bilək. Biz buradayıqsa, demək hər oyuna qələbə üçün çıxmalıyıq".
"Neftçi" Misli Premyer Liqasının 2-ci turunda "Səbail"lə matçdan dərhal sonra İstanbula yollanıb. O, bunun səbəbini belə izah edib: "Səbail"lə oyundan sonra bir gün vaxtımız oldu ki, bərpa məşqi edək. Ondan sonra ilk dəfədir ki, bu gün meydanda məşqə çıxacağıq. Bakıya görüşümüz beşinci günə planlaşdırılır. Qayıtdığımız gün bərpa məşqi edib, sonra "Sabah"la matça hazırlaşacağıq. Həmin oyunun vaxtı dəyişdirilməsə, eyni vəziyyət olacaq".
Baş məşqçi "İlk dəqiqədən hücum futbolu oynayacaqsız, yoxsa gücünüzü 90 və ya 120 dəqiqəyə bölüşdürəcəksiniz" sualına bu cür cavab verib: "Çalışacağıq ki, sabah öz üslubumuzda olan futbol oynayaq. İstədiyimiz oyunu mükəmməlləşdirmək istəyiriksə, rəqibdən fərqli olmayaraq, eyni üslubda davam etdirməliyik".
"Neftçi" daha əvvəl avrokuboklarda Rusiya klubunu mübarizədən kənarlaşdırıb. A.Mutu sabah Türkiyə klubunu da məğlub etməyin mümkün olduğunu bildirib: "İlklər həmişə baş verir".
Mütəxəssis "Beşiktaş"a qarşı sabahkı matçda "Səbail"lə oyunda meydanda gördüyümüz heyəti buraxacaqsınızmı" sualını belə şərh edib: "Heyətimizə nəzər yetirsəz, görərsiniz ki, o qədər çox oyunçu yoxdur. Ona görə sual qarşısında mat qalıram. Baxarıq, görərik. "Beşiktaş"ın geniş heyəti var. Bizdə də gələcəkdə belə heyət olsa, daha yaxşı çıxış edərik, daha yaxşı nəticələrimiz olar. Gənclərimiz çoxdur. İki qol fərqini aradan qaldırmalıyıq. Bunu etmək üçün daha təcrübəli futbolçuların təcrübəsindən istifadə etmək lazımdır. Çoxlu detallara nəzər yetirməliyik. Heç də asan olmayacaq. Çalışacağıq ki, sabah gücümüzün 100 faizini ortaya qoyaq".
A.Mutu futbolçu karyerasında da belə vəziyyətlərlə qarşılaşdığını və çətin durumda mərhələ adladığını deyib: "Bəli, bu cür hallarla rastlaşmışam. Belə matçlarda hər qol vacibdir. Birinci oyundakı səhvləri ikinci matçda düzəltməyə çalışırsan. Rahatlaşmaq olmaz. Düşünürəm ki, istədiyimiz oyunu göstərə biləcəyik".
"Biz ikinci hissə "Beşiktaş"a göstərdik ki, futbol oynaya bilirik. Onlar da bilməlidir ki, itirəcəyimiz bir şey yoxdur. Bundan diqqətli olmalıdırlar" - deyə sonda A.Mutu bildirib.
Qeyd edək ki, bu komandalar arasındakı ilk oyunda "Beşiktaş" 3:1 hesablı qələbə qazanıb. Sabah İstanbulda keçiriləcək cavab görüşü Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Ramiq Ağaməmmədov
UEFA-dan azarkeşlər üçün yeni mövqe
Muradın komandası Superkubokun qalibi oldu
Millinin oyunçusu 31 yaşında karyerasını bitirdi
Mahir dayanmır. Yenə qol vurdu! - Video
Argentina Messiyə belə vida edəcək
“Qalatasaray” Çempionlar Liqası üçün heyətini açıqladı
"Arsenal"dan ərəb klubuna keçdi
"Zirə" bu dəfə braziliyalı futbolçu ilə gücləndi
ÇL matçlarını göl mənzərəli stadionda keçirəcəklər
"Mourinyo “Real”ı çox yaxşı tanıyır"
"Karvan-Yevlax"ın böyükhesablı qələbəsindən - Video
Oyun şansı qazanmasa, klubdan gedəcək
"Karvan-Yevlax" və “Şahdağ Qusar” mövsümə qələbə ilə başladı
“Fənərbaxça” UEFA-nın hədəfində - Araşdırma aparılır
"Zirə" yeni futbolçu transfer etdi
Azərbaycan millisinin oyunlarının tarixləri məlum oldu - AÇ
Kadinin cəzası açıqlandı
AFFA bu klubları cərimələdi
Keyruş yenidən Qana millisində
Ançelotti "Real"ı ziyarət etdi - Şəkillər
Robinyonun oğlu İtaliya klubunda
"Tottenhem"dən "Sanderlend"ə
"Bizə ÇL-də oynamaq hüququnu Azərbaycan çempionatı verir"
PFL Yohan Kroyff İnstitutu ilə əməkdaşlığa başladı
"Bizi “Moneyball” fəlsəfəsi ruhlandırdı" - Maqsud Adıgözəlov
"UEFA turnirinin "Qarabağ"ın çempionluğunda böyük rolu oldu"
"Trabzonspor" tarixinin ən bahalı transferini etdi
Dzeko millidə son oyununa çıxacaq
"Mançester Siti"dən "Benfika"ya keçdi
Misli Premyer Liqasında 4-cü turun hakimləri müəyyənləşdi
"Sabah"ın rəqibindən 3 transfer
Stefan El-Şaaravinin yeni klubu açıqlandı
Fabreqas A Seriyasının ən yaxşı məşqçisi seçildi
"Sabah" futbolçusunu icarəyə göndərdi
Daha bir klub ev oyunlarını Şamaxıda keçirəcək
Obameyanq Qabon millisindən getdi
"Napoli" kapitanla müqaviləni uzatdı
“Sabahın Ulduzları”: 8-ci tur başladı
"Səbail"dən adının dəyişdirilməsi ilə bağlı - Açıqlama
Türkiyə klubuna keçsə, üçqat maaş alacaq
Messinin "10" nörmrəsi üçün namizəd odur
Azərbaycan millisinin matçının yeri dəyişdirildi
Yığmamız Qırğızıstana uduzdu
Çempionlar Liqasında debütant futbolçularla bağlı yeni qayda
Ozan Can oynadı, komandası uduzdu
Elvin Cəfərquliyev əməliyyat olundu