"Bugünkü oyuna görə uşaqlarla fəxr edirəm. Xarakter göstərdik, adlı-sanlı rəqibdən qorxmadıq, hücum futbolu sərgilədik".
Qol.az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Murad Musayev Konfrans Liqasının 3-cü təsnifat mərhələsində Bakıda "Partizan"a qalib gəldikləri ilk oyundan (2:0) sonra təşkil olunan mətbuat konfransında deyib.
O, qələbəyə baxmayaraq, mərhələ adlamaq üçün şansların bərabər olduğunu qeyd edib: "Penaltidən yararlana bilməsək də, toparlandıq və 2 qol vurduq. Şanslar bərabərdir. Addım-addım gedəcəyik. Qarşıda "Sumqayıt"la matç var. Bir həftə sonra isə Belqradda çətin oyunumuz olacaq. Oyuna gələn azarkeşlərə təşəkkür edirəm. Bu gün onların dəstəyi bizim üçün çox vacib idi. Onların sayəsində bu qələbəni qazandıq. Bu gün rəqibin güclü tərəflərini bağladıq, onlara imkan vermədik. Qələbəmizdə faktorlar çoxdur".
Mütəxəssis xeyli sayda qol şanlarını əldən verməklərinə də toxunub: "Hər gün çalışırıq. Oyunçularımız üzərində də təzyiq var. Onlar üçün yeni təcrübədir. Bir neçə qol imkanından yararlana bilməsək də, nəticəni xeyrimizə dəyişə bildik".
M.Musayev futbolçuları Vinsent Till və Jarl Marqaritanın oyununa da toxunub: "Burada kiminsə fərdi oyununu dəyərləndirmək düzgün olmazdı. Qalib gəlmişik və oyunçularımdan məmnunam".
O, Belqradda keçiriləcək cavab oyunu haqda bunları deyib: "Belqradda daha çətin olacaq. Azarkeşləri önündə oynayacaqlar. Möhtəşəm fanatları var. Bu gün bir az hava da bizə kömək oldu. Rəqib üçün çox çətin idi. Məni üzən hallar da var, Elvin, İrasabal zədəlidir, Mikelsin situasiyasını da bilirsiz. Müəyyən dəyişikliklər etməli olacağıq. Bu tempi saxlamağa çalışacağıq".
M.Musayev "Rusiya mətbuatına açıqlamanızda gənclikdə partlayıcı vasitələrdən istifadə etməyi sevdiyini bildirmişdiniz. ndi bugünkü qələbəni elə qeyd edəcəksiz" sualına belə cavab verib: "Yəqin, düzgün başa düşməmisiz. Mən futbol məşqçisiyəm, priotexniki vasitələrdən istifadə etmirəm".
Baş məşqçi yeni transferlər etmək istədiklərini də bildirib: "Əlbəttə, önəmli olan strukturdur. Bunu sona kimi saxlaya bilsək, düz oynasaq çox yaxşı çıxış edəcəyik. Ötən il Kaşuk və Mikels qollar vurmuşdu, amma bu, komandanın məhsulu idi. Yusif qapıda etibarlı çıxış edir, ona da komanda yoldaşlarının köməyi var. İntizamı saxlasaq, yaxşı olacaq. Amma yenə transferlərə ehtiyacımız olacaq. "Partizan"la cavab oyununa qədər yox transfer gözlənilmir. Kimisə gətirsək belə, sifariş edə bilməyəcəyik".
Bu gün avrokuboklarda "Sabah" 3-cü, "Partizan" 300-cü oyununu keçirdi. M.Musayev "Bu gün bir cavan qocaya dərs keçdi" ifadəsinə münasibət bildirb: "Komandamla fəxr edirəm. Hələ ilk oyun bitib. Qarşıda çətin cavab görüşü olacaq. İşin yarısını görmüşük. Tarixi qələbə qazandıq, amma sakit qalıb, növbəti oyunu gözləməliyik".
“Çelsi” onu hədəfə aldı
Fermin Lopesdən “Mançester Yunayted”ə cavab
Dambrauskasa "Fənərbaxça”dan təklif var?
"İmişli" - "Kəpəz" matçından - Video
“Qalatasaray”da daha bir istefa
"Neftçi" "Şamaxı"ya, "Kəpəz" "İmişli"yə qalib gəlib
“Bavariya”nın futbolçuları sıradan çıxdı
“Neftçi”ni liderliyə yüksəldən qələbəsindən - Video
UEFA-dan Babək Quliyevə yeni təyinat
“Uşaqlar üçün böyük təcrübə oldu” - Azər Bağırov
"Şamaxı" heç də asan rəqib deyil" - Yuri Vernidub
"Kəpəz" - "İmişli": Heyətlər
Elxan Səmədov “Neftçi”nin futbolçusunu mükafatlandırdı
Gecə əyləncəsi Qrilişə baha başa gəldi
"Şamaxı" - "Neftçi": Heyətlər açıqlandı
"Barselona"nın şousu - Video
“Milan” 53 il əvvəlki nəticəsini təkrarladı
37 yaşlı Roysdan 1 oyunda 3 qol ötürməsi
"El-Klasiko" zamanı evi qarət edildi
Azərbaycan millisinin futbolçusu İtaliyada qol vurdu - Video
Milan derbisində göz oxşayan qollar - Video
“Vikinq” – “Sabah”: UEFA nə yazır?
Murad Məmmədov üçün 17 dəqiqə
“Roma”dan 5 qollu qələbə - Video
Cəlal oynadı, komandası heç-heçə etdi
“Bavariya” - “Borussiya” matçında qalib aşkarlanmadı
“Mançester Siti” öz meydanında uduzdu - Video
Kokauri "Böyük Dəbilqə"də gümüş medal qazandı
Renatın komandasının oyunu yarımçıq saxlanıldı
“Fənərbaxça”dan gözlənilməz məğlubiyyət
İkardi "İnter"ə qayıdır?
"Məqsədimiz “Barselona”ya qalib gəlmək deyil"
Rüfət Abdullazadənin komandasından heç-heçə
Güləşçilərimizdən 1 gümüş,1 bürünc medal
Qurban Qurbanov onları cəzalandıracaq? - Video
“Qəbələ” - “Qarabağ” matçından - Video
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
"Qarabağ" və "Zirə" xal itirdi
Şamaxıda vurulan 4 qol - Video
Toral qol ötürməsi verdi, "Bursaspor" qələbə qazandı
“Çelsi” “Mançester Yunayted”i xalsız yola saldı