"Bakıda olduğum üçün şadam. Özümüzü evdən çıxmış kimi hiss etmirik. Hər iki komanda üçün çətin olacaq. Ümid edirəm ki, sabah gözəl oyun alınacaq. Ən güclü qalib gəlsin. Biz də, “Neftçi” də növbəti mərhələyə adlamaq üçün çalışırıq. Hər bir rəqib ciddidir. Yaxın komandayıq, ikimizin də rəngləri ağ-qaradır. Ümid edirəm ki, haqq edən qazanacaq".
Qol.az xəbər verir ki, bu sözləri "Beşiktaş"ın baş məşqçisi Şenol Günəş Konfrans Liqasının 3-cü təsnifat mərhələsində "Neftçi" ilə ilk oyun öncəsi deyib.
"Biz də, onlar da mərhələ adlamaq istəyir. Məharətli, cəsur olmaqla başqalarına yuxarıdan aşağı baxmaq, yaşamaq fərqlidir. İnsanlar dəyərlidir, futbolçular da. Hər rəqib ciddidir. Maliyyə, baza, şərait baxımından fərqli ola bilərlər. İmkansızlıqlar içində uğurlu olan komandalar və futbolçular var. Hər matç önəmlidir. Yuxarıdan aşağı baxmaq insani olaraq doğru deyil. İnsanın şöhrəti, pulu onun dəyərli olduğunu göstərməz. Sizdən daha güclü komandaya qalib gələ bilərsiz. Hər komanda ən yaxşısını etməyə çalışır. Futbolda zaman-zaman sürprizlər sizi bu düşüncəyə sövq edə bilər. Azərbaycanda futbol keçmişə görə çox irəlilədir. Şərait, imkanlar yaxşıdır. "Neftçi"nin 9 çempionluğu, 7 kuboku var. "Qarabağ" da var, "Sabah" da yaxşıdır. Azərbaycanın iki komandası Konfrans Liqasında oynayır. Futbol olaraq yatırımları da, iddiaları da üst səviyyədədir. Bəzən elə nəticələr qeydə alındı, bunu hər kəs sürpriz kimi gördü. Amma "Qarabağ" bunu həmişə etdi. Biz qardaş ölkə olsaq da, qələbə qazanmaq üçün meydana çıxacağıq. Ümidvaram ki, elə olacaq" - deyə o bildirib.
Mütəxəssis Azərbaycanda "Beşiktaş" azarkeşləri ilə bağlı deyib: "Beşiktaş"ın burada da çox azarkeşi var. “Sabah”la yoldaşlıq oyununda bunu gördük və oyun əla alındı. Buradakı qardaşlarımız, "Beşiktaş" azarkeşləri yanımızda oldu. Avropada da var. Onlara yaxşı futbol oynayıb, yaxşı nəticələr qazanacaq komanda yaratmaq istəyirik. Bura gələn heyət ən yaxşı heyətimizdir. Azarkeşlərin dostluq çərçivəsində matç izləmələrini istəyirəm. Tiranada nələr olduğunu gördüz. Partlayıcı maddələrin aradan qalxması lazımdır. Bu gün hava limanına gələnlər oldu. Sağ olsunlar. Partlayıcı maddələr ziyandır, azarkeşlərə satırlar. Bu, doğru deyil. Görüntü olaraq gözəl görünə bilər. Amma gözəl deyil. Azarkeşlərin təbəssümü fişənglərdən, partlayıcı maddələrdən yaxşıdır. Fanatlara layiq komanda olmaq üçün çalışırıq. Digər davranışlardan, şiddətdən uzaq olmalarını istəyirəm. Bakıda olmayacağını düşünürəm. Çünki qardaş ölkələrin komandaları qarşılaşır."
Şenol Günəş “Neftçi”nin keçmişdə uğurlarını xatırladıb: "Amma “Qarabağ” və “Sabah” kimi iddialı komandalar da var. “Sabah” son vaxtlar yaxşı transferlər edib. “Qarabağ”dan aldığı oyunçular da var. Futbolu pozitiv oynamağa çalışan, rəqibə də çətin anlar yaşadan komanda olduğunu bilirəm. “Neftçi”nin “Tirana”dan güclü olduğunu əminliklə deyə bilərəm. Orta sahədə Emin Mahmudov, hücumda Lebon, Ozobiç fərqlənən oyunçulardır. Qara Qarayev də oynamasa da, yaxşı futbolçudur. Demək olar ki, bütün futbolçuları yaxşıdır. Ümidvaram ki, hər futbolçu öz səviyyəsində oynayar və yaxşı matç olar".
O, adının əvvəllər Azərbaycanda milli və klublarla çox hallanması ilə bağlı bildirib: "2000-ci illərin əvvəlində təklif almışdım. Çox dəyişiklik edən deyiləm. Azərbaycanda olmaqdan şadam. Hazırda həyatımda elə bir layihə yoxdur. Ancaq keçmişdə təklif olmuşdu. İndi olmayan bir şey haqda danışmaq istəmirəm. "Beşiktaş"dan, camiədən çox məmmunam. Türkiyədən məşqçilər bura gələ bilər, futbolçular ora gedə bilər. . Bir az iç-içə olsaq, isti münasibətləri qarşılıqlı əlaqələr içində inkişaf etdirə bilərik. Bizdə maliyyə, bazalar daha yaxşıdır. İndi “Neftçi” ilə sabahkı görüşü düşünürük. Biz onların, onlar da bizim zəif tərəflərimizdən yararlanmağa çalışacaqlar”.
O, sabahkı matçda qalib gəlmək üçün rəqibin zəif tərəflərinə baxdığını vurğulayıb: Onlar da bizim zəif cəhətlərimizə baxırlar. Sadəcə yaxşı konsentrasiya olmalıyıq. Hər iki komanda istəkli olacaq. Yaxşı köklənmək lazımdır.
“Liverpul” "Real"a qarşı
100 milyon təklif olundu, qəbul etmədi
Məşqləri izlətmişdi, cəzası bəlli oldu
Klub qənaət üçün futbolçuların maaşını azalda bilər
Messi üçün şou hazırladılar, azarkeşlər etiraz etdi
Arteta İngiltərənin ən çox qazanan məşqçisi oldu
“Liverpul”un futbolçusu sıradan çıxdı
“Barselona”da qapıçı problemi var
Zelimdən gümüş, Ömərdən bürünc medal - Dünya çempionatı
“Şahdağ Qusar” 6 qollu qələbə qazandı
Azərbaycan kubokunda yeni mövsümə start verildi
Azərbaycan millisi Türkiyə klubu ilə qarşılaşacaq
Səmədov Severinanı mükafatlandırdı
Tanınmış futbolçu karyerasını başa vurdu
Argentina Prezidenti Messiyə təşəkkür etdi
AFFA-dan 3 komandaya texniki məğlubiyyət
“Arsenal” Arteta ilə müqaviləsini uzatdı - Rəsmi
Azərbaycan millisi FİFA reytinqində gerilədi
Jesus Ronaldonun açıqlamasına belə cavab verdi
Keyn İngiltərə millisinin rekordunu təkrarladı
Artetadan maraqlı qərar: Pilotlardan məsləhət alacaq
1-ci liqada 19 günlük fasilə başa çatır
Skaloni Messinin vidasından danışdı
"Baş verənlər biabırçılıqdır” - Modriç
Montellanın Türkiyə millisindəki taleyi bəlli oldu
Avropa çempionatı: Daha 5 boksçumuz 1/4 finala yüksəldi
Tuhel İngiltərə millisində rekorda imza atdı
"Kəpəz"in legioneri Slovakiyaya qarşı oynadı
İspaniya Xorvatiyaya belə qalib gəldi - Video
Bu da son. Əlvida, Messi!.. - Şəkillər
İngiltərə və İspaniyadan qələbə
“Milan” “Barselona”nın futbolçusuna göz dikdi
“Futbolu daha çox sevməyimə səbəb oldun”
“Beşiktaş”ın zədəli futbolçusundan xəbər var
UEFA araşdırmalara başladı
Prezidenti seçildi, sonra vəzifəsindən uzaqlaşdırıldı