"Sabah çox çətin və maraqlı oyun olacaq. Çalışacağıq ki, maksimum gücümüzü ortaya qoyaq. Bu cür oyunlar üçün ailəmizdən kənarda qalırıq. Azarkeşlərimizi sevindirmək üçün əlimizdən gələni edəcəyik. Güclü olan qazansın".
Qol.az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Murad Musayev Konfrans Liqaının 3-cü təsnifat mərhələsində Serbiya "Partizan"ına qarşı Bakıda keçirəcəkləri ilk matç öncəsi təşkil olunan mətbuat konfransında deyib.
O, rəqibin müsbət və mənfi cəhətlərindən danışıb: ""Partizan"ın güclü tərəflərindən biri sürətli hücuma keçməliridir. Fərdi olaraq yaxşı çıxış edirlər. Bir-birilərini yaxşı başa düşürlər. Zəif cəhətləri haqda danışmaq düzgün olmazdı".
M.Musayev "Neftçi"nin sabiq futbolçusu Mateus Saldanyanın "Partizan"da çıxış etməsinə də toxunub: "Saldanya yeni keçsə də, komandaya yaxşı uyğunlaşa bilib, qollar vurub. Onu tanıyırıq. Amma "Partizan" bir oyunçudan ibarət deyil".
Baş məşqçi futbolçusu Cey-Lens Mikelsin komandadan ayrılmaq istəməsi haqda bunları deyib: "Mövsümün əvvəlində belə halların olması çox pisdir. Bunlar mövsümün ortasında olsaydı, nələrsə edə bilərdik. Mikels sabah oynamaq istəmir, getməyi düşünür".
"Mikelsin maaşın artırılacağı halda, qalacağını dediyi bildirilir. Maraqlıdır, şəxsən onunla söhbətiniz olubmu" sualına Musayev belə cavab verib: "Şayiələri müzakirə etmək istəmirəm. Bu hadisələrə müsbət təsir etməyə çalışdım, amma maliyyə məsələləri mənim səlahiyyətimdə deyil. Bütün diqqətim "Partizan"la oyundadır".
M.Musayev Mikelsin sabahkı matçda iştirak etməyəcəyini vurğulayıb: "Siz eşitdiz mən nə dedim? 10 dəqiqə əvvəl o yaxınlaşıb “Partizan”la oyuna meydana çıxmayacağını söylədi. Belə olan halda mən necə onun xidmətindən yararlana bilərəm? Onu zorla oynada bilmərəm ki... Onun müqaviləsində müəyyən məbləğ yazılıb ki, onu ödəcəyi halda özü-özünü ala bilər. Klubun bank hesabı var. Ora pul daxil olanda Mikels sənədlərini götürüb gedə bilər. Bu gün üçün hesaba heç nə köçməyib. “Sabah” isə onu satmaq istəmir".
O, qeyd edib ki, "Partizan"a qarşı aqressiv oynamalıdırlar: "Komanda işi, aqressiv oyun, özünə inamlı olmalıyıq. Ehtiyatlı olmalıyıq, "Partizan"ın gücünü bilirik. Lakin özümüzə inanırıq".
“Çelsi” onu hədəfə aldı
Fermin Lopesdən “Mançester Yunayted”ə cavab
Dambrauskasa "Fənərbaxça”dan təklif var?
"İmişli" - "Kəpəz" matçından - Video
“Qalatasaray”da daha bir istefa
"Neftçi" "Şamaxı"ya, "Kəpəz" "İmişli"yə qalib gəlib
“Bavariya”nın futbolçuları sıradan çıxdı
“Neftçi”ni liderliyə yüksəldən qələbəsindən - Video
UEFA-dan Babək Quliyevə yeni təyinat
“Uşaqlar üçün böyük təcrübə oldu” - Azər Bağırov
"Şamaxı" heç də asan rəqib deyil" - Yuri Vernidub
"Kəpəz" - "İmişli": Heyətlər
Elxan Səmədov “Neftçi”nin futbolçusunu mükafatlandırdı
Gecə əyləncəsi Qrilişə baha başa gəldi
"Şamaxı" - "Neftçi": Heyətlər açıqlandı
"Barselona"nın şousu - Video
“Milan” 53 il əvvəlki nəticəsini təkrarladı
37 yaşlı Roysdan 1 oyunda 3 qol ötürməsi
"El-Klasiko" zamanı evi qarət edildi
Azərbaycan millisinin futbolçusu İtaliyada qol vurdu - Video
Milan derbisində göz oxşayan qollar - Video
“Vikinq” – “Sabah”: UEFA nə yazır?
Murad Məmmədov üçün 17 dəqiqə
“Roma”dan 5 qollu qələbə - Video
Cəlal oynadı, komandası heç-heçə etdi
“Bavariya” - “Borussiya” matçında qalib aşkarlanmadı
“Mançester Siti” öz meydanında uduzdu - Video
Kokauri "Böyük Dəbilqə"də gümüş medal qazandı
Renatın komandasının oyunu yarımçıq saxlanıldı
“Fənərbaxça”dan gözlənilməz məğlubiyyət
İkardi "İnter"ə qayıdır?
"Məqsədimiz “Barselona”ya qalib gəlmək deyil"
Rüfət Abdullazadənin komandasından heç-heçə
Güləşçilərimizdən 1 gümüş,1 bürünc medal
Qurban Qurbanov onları cəzalandıracaq? - Video
“Qəbələ” - “Qarabağ” matçından - Video
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
"Qarabağ" və "Zirə" xal itirdi
Şamaxıda vurulan 4 qol - Video
Toral qol ötürməsi verdi, "Bursaspor" qələbə qazandı
“Çelsi” “Mançester Yunayted”i xalsız yola saldı