"Qarabağ" - HİK cütünün məğlubunun potensial rəqibi bilindi

"Qarabağ" - HİK cütünün məğlubunun potensial rəqibi bilindi
XƏBƏR 7 Avqust 2023 / 16:10 15074
-  A +

Konfrans Liqasında pley-off mərhələsinin püşkü atılır.

Qol.az xəbər verir ki, bu mərhələdə Avropa Liqasının üçüncü mərhələsinin "Qarabağ" (Azərbaycan) - HİK (Finlandiya) cütünün məğlubunun da rəqibi müəyyənləşib.

Cütün məğlubu Konfrans Liqasının pley-off mərhələsində bu yarışın üçüncü təsnifat mərhələsinin "Farul" (Rumıniya) - "Flora" (Estoniya) cütünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, pley-off mərhələsinin oyunları avqustun 24-də və 31-də keçiriləcək.


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner