“Beşiktaş” klubunun baş məşqçisi Şenol Günəş Konfrans Liqasının 3-cü təsnifat mərhələsində "Neftçi"yə qarşı keçirəcəkləri matçlar haqqında danışıb.
Qol.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, mütəxəssis Bakı təmsilçisinə qalib gələrək mərhələ adlamaq istədiklərini deyib: “Mövsümboyu bütün oyunlarda komanda olaraq gücümüzü ortaya qoymalıyıq. Tempi artırmaq zamanıdır. Heç kimin əsas heyətdə oyayacağına dair zəmanəti yoxdur, hər kəs rəqabətə hazır olsun. İlk hədəf “Neftçi”ni məğlub etməkdir. Bakıdakı oyundan sonra Superliqa matçına hazırlaşacağıq. Əvvəlcə avrokuboklarda işimizi həll edək, sonra çempionat barədə düşünərik”.
Qeyd edək ki, “Neftçi” ilə “Beşiktaş” arasında ilk oyun avqustun 10-da “Neftçi Arena”da olacaq. İstanbul təmsilçisi Superliqanın 1-ci turunda avqustun 14-də “Fatih Karagümrük”lə qarşılaşacaq.
“Sabah”dan “qızıl dubl”
"Napoli"dən gedir
UEFA 2 klubu sərt cəzalandırdı
"Real"dakı davanı mediaya sızdıran şəxs müəyyən olunub
"Mən yaxşıyam.." - Elvin Cəfərquliyev
"İstefaya getmək niyyətində deyiləm"
"Arsenal"ın futbolçusu sıradan çıxdı
Rəhim Həsənov hakimlərin qərarlarını təsdiqlədi - Video
Dik Advokat Kurasao millsinə qayıtdı
"Marsel"dən ərəb klubuna keçir
2-ci liqada 6 oyunun saatı məlum oldu
2-ci liqada 26-cı tura yekun vuruldu
"Bizim itirəcəyimiz şeylər daha çoxdur" - Rəşad Sadıqov
"Zirə" final matçına itki ilə çıxacaq