"Güclü rəqibə qarşı yaxşı oynadıq, kişilik göstərdik. Əla nəticə qazandıq. Nəticəyə görə sevinirəm. Bir az həyəcan var idi. Bu da ilk avrokubok oyunu olması ilə bağlı idi. Çox vaxtımız yoxdur. İki gün sonra "Qəbələ" ilə matçımız var. Mövsümə yaxşı başladıq".
Qol.az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Murad Musayev Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Latviya RFS-inə Bakıda qalib gələrək (2:1, ilk görüş - 2:0) mərhələ adlamaları barədə danışarkən deyib.
O, matçdan sonra təşkil olunan mətbuat konfransında görüşün çətin keçməsi haqda bildirib: "Rəqibin səviyyəli oyunçuları var. İkinci hissədə riskə getdilər. Bir neçə qol imkanından yararlana bilmədik. Qol buraxsaq da, geridönüş edə bildik".
Mütəxəssis RFS-in baş məşqçisi Viktor Morozun "Sabah" meydana hesabı qorumaq üçün çıxıb" deyə fikir səsləndirməsinə bu cür münasibət bildirib: "Xeyr, bununla razı deyiləm. Bizim hədəfimiz hər zaman hücum futbolu oynamaqdır. Hesabı qorumağa oynasaydıq, səhv olardı. Ötən mövsüm də ən az qol buraxan komandalardan idik. Bu gün ilk qolu vurmaq istəyirdik".
M.Musayev rəqibin azlıqda qalmasına da toxunub: "Oyun bizim nəzarətimizdə idi. Rəqibin çox qol fürsəti olmadı".
O, "Qarşıdan ağır mövsüm gəlir. Həlledici məqamlarda sanki futbolçular xəsislik edir. Onlarla söhbətiniz olacaqmı" sualına belə cavab verib: "Əlbəttə, həm fərdi, həm ümumi söhbətimiz olacaq. Futbol komanda oyunudur".
M.Musayev oyunçusu Vinsent Tillin komandaya tam uyğunlaşmaması haqda da danışıb: "Bizə uyğun olan futbolçudur. Bu gün bir az cinah hücumçusu kimi çıxış etdi. Qol imkanlarından istifadə edə bilmədi. Marqarita da hələ tam uyğunlaşmayıb".
Baş məşqçi növbəti mərhələdəki rəqibləri "Partizan" barədə deyib: "Nəsə deyə bilmərəm, hələ onlara baxmamışam. Mərhələ adlamağa çalışacağıq".
M.Musayev futbolçuları Coy Lens Mikels və Emmanuel Apehin oyunu haqda fikirlər səsləndirib: "Apeh 100 faiz hazırdır. Heyətdə rəqabətin olması yaxşıdır. Davit Volkovla əsas heyət üçün yarışır. Bu, yaxşı haldır".
Mütəxəssis digər futbolçusu Jarl Marqarita ilə Emmanuel Apeh arasında rəqabət olmadığını vurğulayıb: "Jarlla Apehin mövqeyi fərqlidir. O, Apehlə rəqabət aparmır. Cinahda çıxış edən oyunçudur. Ötən mövsüm Kaşuk var idi və yüksək səviyyədə çıxış edirdi. Düşünürəm ki, o, Azərbaycanın ən səviyyəli cinah oyunçularından idi. Marqaritanın da belə olacağına ümid edirəm".
M.Musayev komandaya yeni futbolçu qatmaq niyyətində olduqlarını söyləyib: "Bəli, bir mövqeyə transfer istəyirik. Alınsa, olacaq".
Baş məşqçi gənc komanda ilə qısa müddətdə uğur qazana bilməklərini belə şərh edib: "24 saat gərginlikdə işləyirəm. Mənim peşəm budur. Çox işləsən uğur da gəlir. Yaxşı olmaq istəyirsənsə, çox çalışmalısan".
“Çelsi” onu hədəfə aldı
Fermin Lopesdən “Mançester Yunayted”ə cavab
Dambrauskasa "Fənərbaxça”dan təklif var?
"İmişli" - "Kəpəz" matçından - Video
“Qalatasaray”da daha bir istefa
"Neftçi" "Şamaxı"ya, "Kəpəz" "İmişli"yə qalib gəlib
“Bavariya”nın futbolçuları sıradan çıxdı
“Neftçi”ni liderliyə yüksəldən qələbəsindən - Video
UEFA-dan Babək Quliyevə yeni təyinat
“Uşaqlar üçün böyük təcrübə oldu” - Azər Bağırov
"Şamaxı" heç də asan rəqib deyil" - Yuri Vernidub
"Kəpəz" - "İmişli": Heyətlər
Elxan Səmədov “Neftçi”nin futbolçusunu mükafatlandırdı
Gecə əyləncəsi Qrilişə baha başa gəldi
"Şamaxı" - "Neftçi": Heyətlər açıqlandı
Bu gün "Liverpul" - "Arsenal" matçı var
"Barselona"nın şousu - Video
“Milan” 53 il əvvəlki nəticəsini təkrarladı
37 yaşlı Roysdan 1 oyunda 3 qol ötürməsi
"El-Klasiko" zamanı evi qarət edildi
Azərbaycan millisinin futbolçusu İtaliyada qol vurdu - Video
Milan derbisində göz oxşayan qollar - Video
“Vikinq” – “Sabah”: UEFA nə yazır?
Murad Məmmədov üçün 17 dəqiqə
“Roma”dan 5 qollu qələbə - Video
Cəlal oynadı, komandası heç-heçə etdi
“Bavariya” - “Borussiya” matçında qalib aşkarlanmadı
“Mançester Siti” öz meydanında uduzdu - Video
Kokauri "Böyük Dəbilqə"də gümüş medal qazandı
Renatın komandasının oyunu yarımçıq saxlanıldı
“Fənərbaxça”dan gözlənilməz məğlubiyyət
İkardi "İnter"ə qayıdır?
"Məqsədimiz “Barselona”ya qalib gəlmək deyil"
Rüfət Abdullazadənin komandasından heç-heçə
Güləşçilərimizdən 1 gümüş,1 bürünc medal
Qurban Qurbanov onları cəzalandıracaq? - Video
“Qəbələ” - “Qarabağ” matçından - Video
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
"Qarabağ" və "Zirə" xal itirdi
Şamaxıda vurulan 4 qol - Video
Toral qol ötürməsi verdi, "Bursaspor" qələbə qazandı
“Çelsi” “Mançester Yunayted”i xalsız yola saldı
“Aston Villa” onu məhkəməyə verə bilər