Konfrans Liqasının ikinci təsnifat mərhələsində "Neftçi"nin rəqibi olan "Jelezniçar" (Bosniya və Herseqovina) iyulun 31-də Bakıya gəlib.
Qol.az xəbər verir ki, komanda matça daha yaxşı hazırlaşmaq üçün üç gün əvvəldən Azərbaycan paytaxtına yollanıb. Onlar artıq Bakıda bir neçə məşqə də çıxıblar. Bu haqda klubun mətbuat xidməti məlumat yayıb. Şəkillərdən məşqlərin "Neftçi"yə məxsus olan Bakıxanov qəsəbəsindəki bazada keçirildiyi görünür.
Bu gün axşam isə Sarayevo təmsilçisinin oyunun keçiriləcəyi "Bakcell Arena"da hazırlığı nəzərdə tutulub.
Qeyd edək ki, Bakıda keçiriləcək "Neftçi" - "Jelezniçar" oyunu avqustun 3-ü saat 21:00-da başlanacaq. Bu komandaların Bosniya və Herseqovinadakı ilk görüşü 2:2 hesabı ilə başa çatıb.
Yuxarı
"Səbail"ə qayıtdı
Premyer Liqanın ən bahalı transferi ola bilər
"Fənərbaxça" ilə razılaşmasa, yollar ayrılacaq
Bosniya və Herseqovina - Qətər: Heyətlər
"Sabah" Rumıniya klubu ilə heç-heçə etdi
İsveçrə - Kanada matçının heyətləri açıqlandı
Almaniya millisində itki
"El-Klassiko"nun əvvəlki nüfuzu qalmayıb"
DÇ-2026-nın bu matçı ləngiyə bilər
Komandası Messini belə təbrik etdi - Şəkil
Kabo-Verdenin ulduz futbolçusu klubunu dəyişir?