"Musa fiziki durum baxımından digər transferlərdən daha irəlidədir. Milli komanda ilə məşq edib. Yenə də hər şey oyunçunun hazırlıq səviyyəsindən asılı olacaq".
Qol.az "Expressen"ə istinadən xəbər verir ki, bu sözləri İsveç "Yurqorden"inin baş məşqçisi Tomas Lagerlöf yeni transfer Musa Qurbanlı haqda danışarkən deyib.
"Musa daim cərimə meydançasına daxil olmaq istəyən əsl doqquz nömrədir. O hərəkətlidir və qol vura biləcəyi boş sahələr axtarmaq istəyir. Musa kənara çəkilib künc bayrağı yaxınlığında qol epizodu axtaran hücumçulardan deyil. Çalışqan, fiziki cəhətdən güclü və son nöqtəni qoymaqda mükəmməldir. Başı, sağ və ya sol ayağı ilə qola vura bilir" - deyə o bildirib.
Mütəxəssis Azərbaycan millisinin hücumçusunun İsveç çempionatında "Malmö"yə qarşı matçda debüt edə biləcəyini vurğulayıb: "Ümid edirik ki, sənədləri qaydasına salacağıq. Biz öz tərəfimizdən hər şeyi etmişik. Digər məsələlər isə özündən asılıdır. Oynamağa hazırdırsa, meydana çıxacaq".
Qeyd edək ki, "Yurqorden" - "Malmö" oyunu iyulun 17-i keçiriləcək.
Skaloni razılıq verdi
Premyer Liqa klubuna canlı maskotla bağlı xəbərdarlıq
"Qalatasaray" 6 qollu matçdan qalib ayrıldı
“Qalatasaray”ın Çempionlar Liqası rekordunu yenilədi
Bir ildən sonra yaşıl meydanlarda
Klub azarkeşlərin boykotunu dəstəklədi
“Şahdağ Qusar”ın baş məşqçisindən açıqlamalar
Derbidə üz tanıma sistemindən istifadə ediləcək
"Lill" - "Qalatasaray" matçının heyətləri açıqlandı
“Barselona”nın futbolçusu “El Klasiko”nu buraxacaq
“Fənərbaxça”da ciddi itkilər var
“Keçmiş klubuna qarşı oyunlar həmişə xüsusi olur”
1-ci liqa: “Şahdağ Qusar” liderliyini qoruyur