"Neftçi" Sankt-Peterburqdakı turnirə yollanır

"Neftçi" Sankt-Peterburqdakı turnirə yollanır
XƏBƏR 25 İyun 2023 / 14:28 2931
-  A +

"Neftçi"nin Rusiyanın Sankt-Peterburq şəhərində təşkil olunacaq ənənəvi “Matç TV” turnirində iştirakı dəqiqləşib.

Qol.az xəbər verir ki, bu barədə klub rəsmi "Tvitter" hesabında paylaşım edib.

Həmçinin oxuyun: “Neftçi”nin Rusiyada beynəlxalq turnirdəki oyunlarının təqvimi açıqlandı

"Biz "Match TV Cup" üçün Sankt-Peterburqa gəlirik" deyə yazılıb

Xatırladaq ki, bu il sözügedən futbol turnirinin iştirakçıları bu klublar olacaq: “Fənərbaxça” (İstanbul, Türkiyə), “Neftçi” (Bakı, Azərbaycan), “Srvena Zvezda” (Belqrad, Serbiya) və “Zenit” (Sankt-Peterburq, Rusiya).

Qeyd edək ki, "Neftçi" daha əvvəl də turnirdə iştirakını təsdiqləmişdi. Lakin dünən “Vaqner” silahlıları ilə Rusiya ordusu arasında yaranmış gərginlikə əlaqədar "Neftçi"nin Sankt-Peterburqa gedə bilməcəyi haqda xəbərlər yayılmışdı.


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner