“Neftçi”nin Rusiyada beynəlxalq turnirdəki oyunlarının təqvimi açıqlandı

“Neftçi”nin Rusiyada beynəlxalq turnirdəki oyunlarının təqvimi açıqlandı
XƏBƏR 15 İyun 2023 / 14:50 4101
-  A +

"Neftçi" iyulun 1-dən 15-dək Sankt-Peterburq şəhərində təşkil olunacaq “Matç TV Kuboku” beynəlxalq turnirindəki oyunlarının təqvimi müəyyənləşib.

Qol.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, matçlar aşağıda qeyd olunan tarixlərdə keçiriləcək:

Turnirin təqvimi (Bakı vaxtı ilə)

1 iyul

20:30. “Zenit” – “Neftçi” (“Qazprom Arena”)

4 iyul

 20:30. “Srvena Zvezda” – “Zenit” (“Qazprom Arena”)

8 iyul

 20:30. “Neftçi” – “Srvena Zvezda” (“Smena”)

9 iyul

20:30. “Zenit” – “Fənərbaxça” (“Qazprom Arena”)

12 iyul

20:30. “Fənərbaxça” – “Srvena Zvezda” (“Smena”)

15 iyul

15:00. “Neftçi” – “Fənərbaxça” (“Smena”)

Qeyd edək ki, “Matç TV Kuboku” turnirinin bütün oyunları “Matç TV” və “Matç Premyer” kanallarında canlı yayımlanacaq.

Xatırladaq ki, bu il sözügedən futbol turnirinin iştirakçıları bu klublar olacaq: “Fənərbaxça” (İstanbul, Türkiyə), “Neftçi” (Bakı, Azərbaycan), “Srvena Zvezda” (Belqrad, Serbiya) və “Zenit” (Sankt-Peterburq, Rusiya).


Son xəbərlər
topaz banner