Tanınmış jurnalist Elnur Əşrəfoğlu yaşasaydı, bu gün 49 yaşının tamam olmasını qeyd edəcəkdi.
1974-cü ilin 19 iyununda dünyaya gələn E.Əşrəfoğlu 2021-ci ilin oktyabr ayının 19-da, 47 yaşındaykən koronavirusdan dünyasını dəyişdi. E.Əşrəfoğlunu jurnalistika sahəsindəki 29 illik fəaliyyəti, uğurlu layihələri bu gün də onun müsbət xatirələrlə yad edilməsinə səbəb olub.

Əvvəlcə E.Əşrəfoğlu haqqında keçmişə nəzər salaq: O, Bakı Dövlət Universietinin Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər fakültəsini bitirib. Karyerası ərzində “525-ci Qəzet”, “7 Gün”, “Azərbaycan” kimi qəzetlərdə fəaliyyət göstərən Elnur Əşrəfoğlu 1993-2009-cu illərdə Azərbaycan Dövlət Televiziyasında işləyib. Ə.rəfoğlu televiziya karyerasında müxbir kimi başlasa da, 16 il ərzində idman proqramları redaksiyasının baş redaktoru vəzifəsinə kimi yüksəlib. Bundan əlavə, Elnur “Olimpiya” İnformasiya Agentliyinin və olimpiya.az portalının rəhbəri, Azərbaycan Milli Olimpiya Komitəsinin üzvü, “Space TV”nin İdman Departamentinin rəhbəri olub. Elnur Əşrəfoğlu xüsusilə, 1990-cı illərdə AzTV-də yayımlanan “Sport digest” əyləncəli idman proqramı ilə minlərlə insanın sevgisini, rəğbətini qazanıb.

Bunu da mütləq qeyd etməliyik ki, E.Əşrəfoğlu tarixə Azərbaycanın xarici ölkədən futbol reportajı aparan ilk şərhçisi kimi də düşüb. O, 1996-cı ildən etibarən bütün Yay Olimpiya Oyunlarında idman jurnalsti kimi fəaliyyət göstərib. Əşrəfoğlu 3 dəfə Qış Olimpiya Oyunlarını canlı izləyib, oradan ən isti məlumatları xalqa çatdırıb. Elnur Əşrəfoğlu 2009-cu ildən funksioner kimi fəaliyyət göstərib. O, “Neftçi”nin Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri olub.
Elnur Əşrəfoğlunun son iş yeri isə Azərbaycan Cüdo Federasiyası olub. O, burada Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinə rəhbərlik edib və son 3 ildə isə baş katibin müavini vəzifəsini icra edib.
ATV kanalının İdman Departamentinin rəhbəri İlkin Xəlilov Qol.az-a danışarkən E.Əşrəfoğlu haqqında xatirələrini dilə gətirib:
İlkin Xəlilov
“Bir çoxları kimi mən də Elnur Əşrəfoğlunu televiziyadan tanımışam. E.Əşrəfoğlu bizim hər birimizdən əvvəl televiziyaya, jurnalistikaya gəlmişdi. Elnur 1995-ci ildə AzTV-də “Sport digest” verilişini apararkən mən hələ orta məktəbin sonuncu sinifində oxuyurdum. Yəni, mən Elnuru efirdən tanımışam. Həqiqətən həmin vaxt bu cür formatda veriliş hazırlamaq böyük bir cəsarət tələb edirdi. Elnur isə vur-tut 20-21 yaşlarında bunu bacarmışdı. 1999-cu ildə artıq mən də jurnalistikaya gəldim və Elnurla münasibətlərimiz daha da yaxınlaşmağa başladı. 2005-2006-cı illərdən isə sıx münasibətimiz oldu və artıq dostluq müstəvisinə keçdi. Bizim onunla təxminən 15 illik dostluq münasibətimiz var idi. Biz birlikdə həm pis, həm yaxşı günlər keçirmişik. Jurnalist komandamız ilə birgə özümüzün təşkil etdiyimiz çoxlu səfərlərimiz olurdu. Bəzi dostların, təşkilatların köməyi ilə Ukraynada, Moldovada, Belarusda, Rusiyada olmuşuq. Hər səfərimiz bizə film kimi gəlirdi. Elnur Əşrəfoğlu çox pozitiv, zarafatcıl insan idi. Bəzən elə zarafatlar edirdik ki, bütün müstəviləri keçirdik. Elnurla düşüncələrimiz üst-üstə düşürdü deyə dostlarımızla xoşniyyətli, intellektual, ağlasığmaz zarafatlar edirdik. Bəzən zarafat etdiyimiz həmin adam 2-3 gün sonra bilirdi ki, biz onunla zarafat etmişik. Elnurun gedişi nəinki idman jurnalistikası, ümumilikdə Azərbaycan jurnalistikası üçün çox böyük itkidir. Hamının Elnurun ölümünə necə məyus olduğu açıq-aşkar görünür. Allah rəhmət etsin. Azərbaycan jurnalistikasında uzun illər onun yerini dolduracaq bir şərhçi olmayacaq”.
ATV kanalında idman xəbərlərinin aparıcısı, tanınmış jurnalist Sənan Şəfizadə isə Elnur Əşrəfoğlu ilə görüşlərini və söhbətlərini belə yada salıb:

Sənan Şəfizadə
“Elnur Əşrəfoğlu xatirəmdə hər zaman şən, zarafatcıl, işinin peşəkarı olan bir insan kimi qalacaq. Elnur nadir insanlardan idi ki, onunla bütün mövzularda söhbət etmək olurdu. Yəni, bu insanla italiyan musiqisindən tutmuş, Azərbaycan, dünya idmanına, Maradonanın karyerasına, Pelenin qollarına, Anatoli Banişevskinin karyerasınadək danışmaq mümkün idi. Elə bir sual olmurdu ki, Elnur onun cavabını bilməsin. Hərdən elə olurdu ki, çətinliyə düşəndə Elnura yazırdıq ki, bu şəkildəki hansı oyunda vurulan qoldur? Biz Elnurla son aylarda çox söhbət edirdik, tez-tez görüşürdük, dərdləşirdik. Elnurun çox fikri, planları var idi. Deyirdi ki, imkan olsa, Parisdəki Yay Olimpiya Oyunlarına birlikdə gedək. Onunla xatirələrim çoxdur. Həm də Elnur müstəqil Azərbaycanın idman jurnalistikasının əsas simalarından biridir. O, ilklərdəndir. Elnur Azərbaycan idman jurnalistikasının inkişafı adına çox böyük işlər görüb. Onun ölkədə ilk idman kanalının - “İdman Azərbaycan”ın (hazırkı İdman TV - red.) formalaşmasında, yüksəlməsində çox böyük əməyi var. Elnur həyat dolu, ailəsevər bir şəxsiyyət idi. O, dostlarına çox qayğı göstərirdi. Ümumiyyətlə, bilirsiniz ki, Azərbaycan jurnalistikasında bəzi insanlar var ki, onlar hamının kumiri olub. Elnur da onlardan biri idi. Mən 2000-ci ildə jurnalistikaya gələndə artıq Elnur Əşrəfoğlu tanınırdı. O, Azərbaycanın media çapında bir imza idi. Elnur əsl yol yoldaşı idi. Dəfələrlə səfərlər etmişik və bizimlə birgə gedən insanların çətinliklə üzləşdikləri hallar olub. Belə olanda Elnur hər kəsə kömək edirdi. Onun itkisini qəbul etmək çox çətindir. Dəfnindən sonra da düşünürəm ki, axı necə ola bilər ki, Elnur gedər. Elnur özü haqqında deyirdi ki, mən heç olmasa, 65-70 yaşadək yaşayacam, sən də məndən 1 il çox yaşayacaqsan. Çünki məndən çox piyada gəzmisən. 47 yaş heç nə idi. Azərbaycan idman jurnalistikası sütunlarından birini itirdi".
Nur Zeynalova
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video
"Zirə" kimi komandadan xal qazanmaq uğurdur" - Ayxan Abbasov
2-ci liqada liderlər böyükhesablı qələbə qazandılar
“Araz-Naxçıvan” - “Sabah”: Heyətlər
"Turan Tovuz" doğma stadionuna qayıdır
"Çox vacib xallar itirdik" - Kurban Berdiyev
Antonio Valensiya futbola qayıtdı
"Zirə" - "Şamaxı": Heyətlər açıqlandı
"Real" yeni mövsüm üçün ilk transferini etdi
Məşhur futbolçu karyerasını bitirdi
Konte iddialara cavab verdi
“İmişli” - “Turan Tovuz”: Heyətlər
"Çətinliyə baxmayaraq, mübarizə aparmalıyıq"
Maquayrla yeni müqavilə imzalandı
Azərbaycanda "ayın qolu"! Gözəlliyə baxın...- Video
"Bir gün yenidən “Neftçi”də olmaq istəyirəm" - Flavinyo
3 komandaya texniki məğlubiyyət verildi
AFFA baş məşqçiyə sərt cəza tətbiq etdi
Ürəyində problem yarandı, 34 yaşında karyerasını başa vurdu
"Razıyam, qolum baxımlı oldu" - Zubir
"Napoli" "Milan"a belə qalib gəldi - Video
Oğlu Luçeskunun durumundan danışdı
“Arsenal”ın məşqində qeyri-adi tapşırıq - Video
"Napoli" "Milan"a qalib gəldi, "Yuventus"dan qələbə
"Arsenal" "Sportinq"lə oyuna itkilərlə çıxacaq
Hakimi itələsə də, cəzasız qaldı - Video
“Tottenhem” onun stadiona girişinə qadağa qoydu
“Araz Saatlı”nın 7 qollu qələbəsi - Video
Tarixi "poker"dən 16 il keçir
Premyer Liqa klubları onu hədəfə aldı
"Oyun haqda çox danışmağa ehtiyac yoxdur" - Fizuli Məmmədov
“Qarabağ” - “Karvan-Yevlax” oyununda qol yağış kimi yağdı
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı