U-21 millimiz Türkiyəyə uduzdu

U-21 millimiz Türkiyəyə uduzdu
XƏBƏR 17 İyun 2023 / 22:10 3011
-  A +

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası beynəlxalq yoldaşlıq oyununa çıxıb.

Qol.az xəbər verir ki, yığmamız İstanbulda Türkiyənin U-21 millisi ilə qarşılaşıb və 0:1 hesabı ilə məğlub olub. Yeganə qolu 57-ci dəqiqədə penaltidən Enis Destan vurub.

 Millimiz növbəti oyunu iyunun 20-də “Dalğa Arena”da Qırğızıstanın müvafiq yaş qrupundan ibarət komandasına qarşı keçirəcək. Görüş saat 19:30-da başlayacaq.


Qarabağ FK
Son xəbərlər
18.11.26  12:30

"Real"dan gedəcək?

18.11.26  09:19

Messidən sərt tələb

topaz banner