"Zalsburq"un Musa Qurbanlı israrı

"Zalsburq"un Musa Qurbanlı israrı
XƏBƏR 17 İyun 2023 / 17:42 6413
-  A +

Avstriya çempionu "Zalsburq" "Qarabağ"ın futbolçusu Musa Qurbanlını transfer etməkdə israrlıdır.

Qol.az xəbər verir ki, bu barədə jurnalist Aleksandr Andonov özünün "Tvitter" səhifəsində yazıb. Klubun əsas diqqətini millimizin üzvünə yönəltdiyi vurğulanıb. Bu transferin "Zalsburq"a 1 milyon avrodan çox qiymətə başa gələ biləcəyi iddia olunub.

Qeyd edək ki, M.Qurbanlı ötən mövsüm "Qarabağ"la bütün turnirlərdə 38 oyuna çıxıb, 23 qol vurub, 7 qolun ötürməsini verib.


Son xəbərlər
topaz banner