İdmançımız beynəlxalq turnirdə gümüş medal qazandı

İdmançımız beynəlxalq turnirdə gümüş medal qazandı
XƏBƏR 17 İyun 2023 / 16:17 932
-  A +

Azərbaycan atleti Anna Skidan beynəlxalq yarışda uğurlu çıxışla yadda qalıb.

Qol.az xəbər verir ki, Estoniyanın Jıhvi şəhərində Dünya Kontinental Turu- Bürünc səviyyədə keçirilən Heino Lipp memorialında çəkic atma növündəki təmsilçimiz 68.67 metr göstəriciyə nail olub.

Bu nəticə ilə yalnız Ukrayna atleti İrina Klimetsdən geri qalan Anna Skidan 2-ci yeri tutub.


Son xəbərlər
topaz banner