Azərbaycan millisinin “Dinamo”da (Zaqreb) oynayan üzvü Mahir Emreli yenidən icarəyə verilə bilər.
Qol.az xəbər verir ki, bu haqda vecernji.hr məlumat yayıb.
Komandanın baş məşqçisi İqor Bişçan ötən mövsümü icarədə keçirən futbolçuların, bundan əlavə, bir neçə gənc oyunçunun da hazırlıq prosesinə qatılmasını istəyib. O, Mahir də daxil olmaqla bəzi futbolçuların yay təlim-məşq toplanışındakı çalışmalarına diqqət yetirəcək. Bundan sonra klub onları icarəyə göndərib-göndərməyəcəyinə qərar verəcək.
Toplanış iyunun 19-da başlayacaq. Oyunçuların sınağı sentyabra qədər davam edəcək.
Qeyd edək ki, Mahir Emreli bu ilin fevral ayından mövsümün sonunadək icarə əsasında “Konyaspor”da oynayıb. Onun Zaqreb təmsilçisi ilə müqaviləsi 2026-cı ilin yayına qədərdir.
Azərbaycanlı futbolçudan Avroliqada möhtəşəm qol! - Video
“Qarabağ”ın pley-offdakı rəqibi dəqiqləşdi
Qurban müəllim onu sərgi eksponatına çevirib!
Mahir Emrelinin komandası da mərhələ adladı
Ayrılan kimi "Fənərbaxça"ya rəqib oldu
Ronaldo saçını narıncı rəngə boyadı - Şəkil
“Qarabağ” qalib gəlib “pley-off”a yüksəldi!
"Lester" klubu satışa çıxarıldı
Haaland 4 rekordla "Ginnesin Rekordlar Kitabı"nda
Açıqlamasına görə azarkeşlərdən üzr istədi
“Sumqayıt” onu komandada saxladı
"Bizi ciddi oynamağa məcbur etdilər"
Qurban Qurbanov Koxalskini ehtiyata göndərdi
“Qarabağ” “Dinamo”ya qarşı bu heyətlə çıxır
La Liqa matçı təxirə salındı