“Barselona” xərclərini azalda bilməsə...

“Barselona” xərclərini azalda bilməsə...
XƏBƏR 17 İyun 2023 / 14:59 2887
-  A +

“Barselona"nın futbolçuları Qavi, Ronald Arauxo və digər oyunçuları qeydiyyatdan keçirməsində problem yarana bilər.

Qol.az RAC1-ə istinadən xəbər verir ki, klub hələ də bütün lazımi xərcləri azalda bilməyib. Hazırda “Barselona”nın xərcləri büdcəni 6 milyon avrodan çox keçib. Klub xərcləri 108 milyon avrodan 98 milyon avroya endirməli idi, lakin “Barselona” yalnız 104 milyon avroya enməyə nail ola bilib.

“Barselona” rəhbərliyi xərcləri lazım olan 6 milyon avro azaldacaqlarına söz versə də, bunu bacarmayıb.

Əgər klub xərcləri azalda bilməsə, "Barselona" Qavi , Ronald Arauxo, Serji Roberto, Markos Alonso və İnyaki Penyanın qeydiyyatdan keçməsində problem yaşayacaq. Bu siyahıya "Atletik"dən azad agent kimi transferlə qoşulmağa yaxın olan İniqo Martinez və yeni müqavilə imzalamağa hazırlaşan Aleks Balde daxil ola bilər.

Mənbənin sözlərinə görə, bu cür tədbirlərin təsdiqlənməsinə görə məsuliyyət "Barselona"nın direktorlar şurasının üzərinə düşür. Zəmanətlərin  verilməsi idarə heyətinin iyunun 28-də keçiriləcək iclasında təsdiq edilməlidir. Lakin klubun bütün üzvləri belə addımlar atmağa razı deyil. "Barselona"nın idarə heyətinin üzvlərindən birinin istefaya getməsi mümkündür.


Son xəbərlər
topaz banner