Mbappenin anası transfer iddialarına son qoydu

Mbappenin anası transfer iddialarına son qoydu
XƏBƏR 17 İyun 2023 / 13:59 4276
-  A +

Kilian Mbappenin anası Fayza Lamari oğlunun gələn mövsüm də PSJ-də oynayacağını bildirib.

Qol.az xəbər verir ki, Lamari Fransanın Avro-2024-ün seçmə mərhələsində Cəbəllütariqlə qarşılaşdığı (3:0) oyununa baxıb. Fasilə zamanı azarkeşlərdən biri qadına yaxınlaşaraq Mbappeni “Real”da görmək istədiyini bildirib. Lamari pərəstişkarın istəyinə təbəssümlə cavab verib: "Paris, Paris, Paris".

Daha əvvəl məlum olmuşdu ki, Mbappe 2024/2025 mövsümü üçün PSJ ilə müqavilənin avtomatik uzadılması variantını aktivləşdirməyib və bir ildən sonra azad agent ola bilər. Futbolçu özü növbəti mövsümü Paris klubunda keçirəcəyini bildirib.


Son xəbərlər
topaz banner