Messini qucaqlayan azarkeş cəzalandırıldı

Messini qucaqlayan azarkeş cəzalandırıldı
XƏBƏR 16 İyun 2023 / 23:00 2191
-  A +

Çində Avstraliya ilə Argentina yığması arasında keçirilən yoxlama oyunu zamanı qonaqların kapitanı Lionel Messini qucaqlamaq üçün meydançaya çıxan azarkeşlə bağlı qərar qəbul edilib. 

Qol.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Argentinanın 0:2 hesablı qələbəsi ilə yekunlaşan matçda "Di" adlandırılan 18 yaşlı azarkeş meydançaya qaçaraq Messini qucaqlayıb.

Çin polisi bildirib ki, sözügedən fanat və "inzibati həbs" edilib. Azarkeşə həmçinin 12 ay müddətində  idman obyektlərinə gəlmək qadağan edilib.


Son xəbərlər
topaz banner