Bu gün AFFA-nın İcraiyyə Komitəsinin iclası keçirilib və toplantıda futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi məsələsinə aydınlıq gətirilib.
Qol.az xəbər verir ki, komandanı qarşıdakı 1 il ərzində Vitali Borisov çalışdıracaq. Bir müddət əvvəl “Araz-Naxçıvan” komandasına da təyinatı rəsmiləşən Borisov millinin baş məşqçisi kimi Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinin suallarını cavablandırıb:
- Növbəti təyinatınız münasibəti ilə təbrik edirik. Ardıcıl ikinci təyinat nə dərəcədə gözlənilən oldu?
- Təbrikə görə təşəkkür edirəm. Həqiqətən də gözlənilməz oldu. Əlbəttə, milli komandada həm oynamaq, həm də işləmək fəxrdir. Hər bir idmançının arzusudur ki, təmsil etdiyi idman növündə öz ölkəsinin adını ucaltsın. Biz də bu fürsəti düzgün dəyərləndirməyə çalışacağıq.
- Həm millinin, həm də “Araz-Naxçıvan”ın baş məşqçisi kimi iki cəbhədə çalışmaq çətin olmayacaq?
- Razıyam, hər iki istiqamətdə çalışmaq çətindir. “Araz-Naxçıvan” tək daxili çempionatda deyil, Çempionlar Liqasında da uğur qazanmaq üçün mübarizə aparacaq. Digər tərəfdən, bu klub millinin də bazası hesab olunur. Deməli, yığma ilə bağlı işimizin bir hissəsini klubda görəcəyik. Millinin də tapşırığı var. Çalışacağıq ki, hər iki cəbhədə yaxşı nəticələr qazanaq.
- Milli komandada köməkçi məşqçilər kimlər olacaq?
- “Araz-Naxçıvan”dakı heyətlə birgə çalışacağıq. Serb mütəxəssislər - Predraq Rayiç və Zoran Rakiçeviç köməkçilərim olacaq. Zoran qapıçılarla işləyəcək.
- Artıq millinin elit-raunddakı rəqibləri müəyyənləşib. A qrupu haqda düşüncələrinizi bilmək istərdik...
- Bu mərhələdə zəif rəqib olmur. Elit-raunda qədər 2 mərhələ keçirilib və güclülər son raunda qalıb. Niderland və Rumıniya yığmaları reytinq cədvəlində bizdən aşağı pillələrdə yer alsalar da, döyüşkən kollektivdirlər. Qazaxıstan millisinin isə xüsusi təqdimata ehtiyacı yoxdur. Bu komanda son 2 dünyü çempionatının final mərhələsində iştirak edib. Onlar dünyanın ən güclülərindən biridirlər.
- Artıq təqvim də müəyyənləşib. Səfərdə başlayıb, rəqib meydanında da yekunlaşdıracağıq. Bunun planlarınıza hansısa şəkildə təsiri olacaqmı?
- Harada başlayıb, harada bitirmək böyük rol oynamır. Əsas məqam komandanın hazır olması, futzalçıların zədə və ya hansısa səbəbdən komandaya kömək edə bilməməsidir.
- Şansları necə qiymətləndirirsiniz?
- Hazırkı məqamda komandaların hamısının şansı bərabərdir.
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video
"Zirə" kimi komandadan xal qazanmaq uğurdur" - Ayxan Abbasov
2-ci liqada liderlər böyükhesablı qələbə qazandılar
“Araz-Naxçıvan” - “Sabah”: Heyətlər
"Turan Tovuz" doğma stadionuna qayıdır
"Çox vacib xallar itirdik" - Kurban Berdiyev
Antonio Valensiya futbola qayıtdı
"Zirə" - "Şamaxı": Heyətlər açıqlandı
"Real" yeni mövsüm üçün ilk transferini etdi
Məşhur futbolçu karyerasını bitirdi
Konte iddialara cavab verdi
“İmişli” - “Turan Tovuz”: Heyətlər
"Çətinliyə baxmayaraq, mübarizə aparmalıyıq"
Maquayrla yeni müqavilə imzalandı
Azərbaycanda "ayın qolu"! Gözəlliyə baxın...- Video
"Bir gün yenidən “Neftçi”də olmaq istəyirəm" - Flavinyo
3 komandaya texniki məğlubiyyət verildi
AFFA baş məşqçiyə sərt cəza tətbiq etdi
Ürəyində problem yarandı, 34 yaşında karyerasını başa vurdu
"Razıyam, qolum baxımlı oldu" - Zubir
"Napoli" "Milan"a belə qalib gəldi - Video
Oğlu Luçeskunun durumundan danışdı
“Arsenal”ın məşqində qeyri-adi tapşırıq - Video
"Napoli" "Milan"a qalib gəldi, "Yuventus"dan qələbə
"Arsenal" "Sportinq"lə oyuna itkilərlə çıxacaq
Hakimi itələsə də, cəzasız qaldı - Video
“Tottenhem” onun stadiona girişinə qadağa qoydu
“Araz Saatlı”nın 7 qollu qələbəsi - Video
Tarixi "poker"dən 16 il keçir
Premyer Liqa klubları onu hədəfə aldı
"Oyun haqda çox danışmağa ehtiyac yoxdur" - Fizuli Məmmədov
“Qarabağ” - “Karvan-Yevlax” oyununda qol yağış kimi yağdı
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı