"Biz Azərbaycana qələbə üçün gedirik"

"Biz Azərbaycana qələbə üçün gedirik"
XƏBƏR 15 İyun 2023 / 12:19 2207
-  A +

Estoniya millisinin  qapıçısı Karl Yakob Hayn Avro-2024-ün seçmə mərhələsində Azərbaycanla səfər oyunu öncəsi fikirlərini bildirib.

Qol.az news.err.ee saytına  istinadən xəbər verir ki, 21 yaşlı qolkiper Bakya qələbə üçün gedəcəklərini deyib: "Milli komandada oyunlar həmişə əlamətdar olur. Ölkəni təmsil etmək hər zaman gözəl hissdir. Qarşıdakı matçlar həmişəki kimi çətin olacaq, amma komandamız hazırdır. Biz Azərbaycana qələbə üçün gedirik. Qalib gəlməliyik".

Qeyd edək ki,  iyunun 17-də Bakıdakı "Dalğa Arena" stadionunda keçiriləcək Azərbaycan - Estoniya görüşü saat 20:00-da başlayacaq.

Xatırladaq ki, 2019-cu ildən “Arsenal”a məxsus olan futbolçu icarə əsasında “Ridinq”də çıxış edir.


Son xəbərlər
topaz banner