Türkiyə yığmasında ciddi itki

Türkiyə yığmasında ciddi itki
XƏBƏR 14 İyun 2023 / 15:58 1961
-  A +

Türkiyə millisinin üzvü Çağlar Söyüncü zədələnib.

Qol.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 27 yaşlı müdafiəçi sağ ayaq əzələsindən zədə alıb. O, Avro-2024-ün seçmə mərhələsində Uels və Latviya ilə görüşləri buraxacaq. 

Çağlar yığmanın Riqa səfərindən əvvəl texniki heyətlə və komanda yoldaşları ilə vidalaşaraq düşərgədən ayrılıb.

Qeyd edək ki, Türkiyə iyunun 16-da Latviya, 19-da isə Uels ilə üz-üzə gələcək. 


Son xəbərlər
topaz banner