Bellinqem rəsmən "Real"da

Bellinqem rəsmən "Real"da
XƏBƏR 14 İyun 2023 / 14:52 3533
-  A +

"Real" Dortmund "Borussiya"sından Cud Bellinqemin transferini rəsmiləşdirib.

Qol.az xəbər verir ki, bu haqda klubun saytı məlumat yayıb. Madrid təmsilçisi yarımmüdafiəçi ilə 6 illik müqavilə imzalayıb.

Daha əvvəl "Borussiya" 19 yaşlı futbolçu üçün 103 milyon avro alacaqlarını açıqlamışdı.

Bellinqhem 2020-ci ilin iyulunda "Birmingem"dən 25 milyon avroya "Borussiya"ya keçmişdi. O, Almaniyada üç mövsüm ərzində 132 oyun keçirib, 24 qol vurub, 25 qolun ötürməsini verib, 32 sarı və 1 qırmızı vərəqə alıb. 


Son xəbərlər
topaz banner