Albaniyanın paytaxtı Tiranada güləş üzrə U-17 Avropa çempionatı başlayıb.
Qol.az xəbər verir ki, yarışın startında 48, 55, 65, 80 və 110 kq-da yer alan yunan-Roma güləşçiləri mübarizə aparıb.
Mübarizəyə 1/4 finaldan qoşulan güləşçimiz Elnar Ziyadov (48 kq) ermənistanlı Liparit Mkrtçyana 6:1 hesabıyla qalib gələrək yarımfinala yüksəlib. Ziyadov finalın bir addımlığında gürcüstanlı Yuri Çapidzeyə uduzub – 4:6. Elnar bürünc medal uğrunda moldovalı Viktor Postika ilə güləşib və 7:2 hesablı qələbə qazanıb.
Ayxan Cavadov (55 kq) israilli David Şevçenko vəalbaniyalı Mikel Tropliniyə 9:0 hesabıyla qalib gəlsə də, 1/4 finalda gürcüstanlı Erekle Tavberidze ilə bacarmayıb - 1:9. Rəqib finala yüksəldiyi üçün Cavadov təsəlliverici görüşdə iştirak hüququ qazanıb. Ayxan italiyalı Qabriele Puçerə tam üstünlüklə qalib gəlib - 8:0. Həmyerlimiz həlledici qarşılaşmada ermənistanlı Yuri Karapetyanı 5:2 hesabıyla üstələyərək bürünc medala sahib çıxıb.
Murad Zeynalabdinov (65 kq) norveçli Eliyah Neveni (5:0) üstələsə də, 1/8 finalda isveçli Ruben Straakverdə xalların keyfiyyətinə görə (6:6) məğlub olub.
Elmin Əliyev (80 kq) estoniyalı Markus Uhtyaerv (9:0), almaniyalı Anton Buxolz (3:1) və türkiyəli Emir Dayal (8:0) üzərində əldə etdiyi qələbələrlə adını yarımfinala yazdırıb. Həmyerlimiz finalın bir addımlığında macarıstanlı İştvan Şinaya uduzub - 0:9. Əliyev gürcüstanlı Giorgi Maxaradzeyə 6:2 hesabıyla qalib gələrək fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.
Mahir Qurbanlı (110 kq) debütdə polşalı Yakub Liseki (5:2) mübarizədən kənarlaşdırsa da, 1/4 finalda rusiyalı Yevgeni Repkinə 1:4 hesabıyla uduzub. Rəqib finala yüksəldiyi üçün Qurbanlı təsəlliverici görüşdə slovakiyalı Andreas Kernlə üz-üzə gəlib və 4:2 hesablı qələbəyə sevinib. Mahir finlandiyalı Tomas Rusini sonuncu xal prinsipinə (1:1) əsasən məğlub edərək komandamıza 4-cü bürünc medalı qazandırıb.
“Barselona” “Feyenoord”u darmadağın etdi
Ramil Şeydayevin komandası məğlub oldu
“Fənərbaxça”dan Rusiya klubuna getdi
"Məğlubiyyət tamamilə mənim günahımdır"
Haaland ən yaxşı bombardirlərdən oldu
“Barselona” onu göndərməyə hazırlaşır
"Şahdağ Qusar" "Karvan-Yevlax"a qalib gəldi
Azərbaycan millisi Moldovaya məğlub oldu
Azərbaycan Kubokunda püşkatma mərasimi keçiriləcək
Kvaratsxeliyadan "Qızıl top" şərhi
“Sabah” özünə inamlıdır, yaxşı pressinq edir” - Maykl Karrik
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
Azərbaycan millisi Gürcüstana yenə uduzdu
Kurtua Millətlər Liqasında oynamayacaq - Açıqlama
"Mançester Siti"dən ərəb klubuna keçdi
"Kəpəz"in kapitanı məşqdə zədələndi
Flik: “Çempionlar Liqasını qazanmağa qadirik”
Haaland Çempionlar Liqasında daha bir əfsanəni geridə qoydu
Lamin Yamal: “19 yaşında kapitan olmaq şərəfdir"
“Qarabağ”la vidalaşdı - Paylaşımı Azərbaycan dilində etdi
Messidən unikal rekord