"Çelsi" Mbappeni hədəf aldı

"Çelsi" Mbappeni hədəf aldı
XƏBƏR 13 İyun 2023 / 15:30 3239
-  A +

PSJ-nin hücumçusu Kilian Mbappe klubu ilə müqaviləsini uzatmaq variantını aktivləşdirməkdən imtina edib.

Qol.az xəbər verir ki, o, komandanı tərk etməyə hazırdır.

"The Times"ın xəbərinə görə, "Çelsi" bu fürsətdən yararlanmaq niyyətindədir. Klub fransalı hücumçunu transfer etmək üçün danışıqlar aparır.

Qeyd edək ki, Kilian Mbappe bu mövsüm 43 oyuna çıxıb, 41 qol vurub, 10 qolun ötürməsini verib.


Son xəbərlər
topaz banner