Lukaku da Səudiyyə Ərəbistanından təklif aldı

Lukaku da Səudiyyə Ərəbistanından təklif aldı
XƏBƏR 13 İyun 2023 / 13:28 2040
-  A +

"Çelsi"nin icarə əsasında "İnter"də çıxış edən futbolçusu Romelu Lukaku karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Qol.az goal.com-a istinadən xəbər verir ki, belçikalı hücumçu "Əl-Hilal"dan rəsmi təklif alıb. Klub futbolçuya ümumi maaşı 50 milyon avro olan 2 illik müqavilə təklif edib.

Belçikalı tezliklə "İnter" dən "Çelsi"yə qayıtmalı olacaq. Baş məşqçi Maurisio Poçettino onunla işləməyə hazır olsa da, Lukaku "Əl-Hilal"ın təklifini ciddi şəkildə nəzərdən keçirir. Müqavilənin təklif olunan məbləği ona tam uyğun gəlmir. Hücumçu Səudiyyə Ərəbistanında daha çox qazanmaq istəyir.


Son xəbərlər
topaz banner