Alleqri "Əl-Hilal"la bağlı qərarını verdi

Alleqri "Əl-Hilal"la bağlı qərarını verdi
XƏBƏR 13 İyun 2023 / 09:02 3556
-  A +

"Yuventus"un baş məşqçisi Massimiliano Alleqri "Əl-Hilal"dan (Səudiyyə Ərəbistanı) gələn təkliflə bağlı qərarını verib.

Qol.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb. 

 İtaliyalı mütəxəssisə hər mövsümə 20 milyon avro qarşılığında 3 il “Əl-Hilal”a baş məşqçilik etmək təklif olunmuşdu. Lakin Alleqri bunu rədd edib. 

"Yuventus" da Alleqri ilə əməkdaşlığı davam etdirməyi planlaşdırır. İtaliya çempionatında komanda 62 xalla 7-ci yeri tutub. Turin təmsilçisi növbəti mövsüm Konfrans Liqasında çıxış edəcək.

Daha çox


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner