Millimizin üzvünün klubunda yeni baş məşqçi

Millimizin üzvünün klubunda yeni baş məşqçi
XƏBƏR 9 İyun 2023 / 20:19 2053
-  A +

Millimizin üzvü Renat Dadaşovun çıxış etdiyi “Qrasshopper"in yeni baş məşqçisi müəyyənləşib.

Qol.az İsveçrə klubunun saytına istinadən xəbər verir ki, bu vəzifəyə komandanın sabiq müdafiəçisi Bruno Berner təyin olunub. Onunla 2 illik müqavilə imzalanıb. 

Qeyd edək ki, “Qrasshopper” ötən mövsüm yüksək liqanı 7-ci pillədə başa vurub.

Xatırladaq ki, bundan əvvəl Sürix təmsilçisini Corco Kontini çalışdırırdı.


Son xəbərlər
topaz banner