“Təklif gözlənilməz oldu. Rəhbərlik dəvət etdi, danışdıq, istəkləri ilə tanış oldum. “Araz-Naxçıvan” futzalımızın “flaqman”ıdır".
Qol.az xəbər verir ki, bu sözləri “Araz-Naxçıvan” futzal klubunun yeni baş məşqçi Vitali Borisov Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə açıqlamasında deyib.
"İllərlə bu komandanın heyətində çıxış etmişəm, ən yüksək əyyarlı medallarımı da burada qazanmışam. Ona görə də, iddialı komanda olduqlarını, hər zaman daha yüksək yer tutmaq, mükafat qazanmaq üçün mübarizə apardıqlarını bilirəm. Elə söhbət zamanı da məndən nə istədiklərini təxmini bilirdim. Əlbəttə, ilk tələb yeni mövsümü zirvədə başa vurmaq, eləcə də, UEFA Çempionlar Liqasında əvvəlki iddialı “Araz-Naxçıvan”ı geri qaytarmaqdır” - deyə o bildirib.
Baş məşqçi hazırlığa iyulda başlayacaqlarını söyləyib. O, heyətdə hansı dəyişikliklərin olacağına həmin ərəfədə aydınlıq gətiriləcəyini bildirib: “İyulun 15-də Bakıda hazırlıq prosesinə başlayacağıq, təlim-məşq toplanışını da burada keçirəcəyik. Heyətimizə əl gəzdirəcəyik. Amma kimin qalacağına, kimlərlə güclənəcəyimizə yaxın günlərdə aydınlıq gətiriləcək. Məşqçilər və rəhbərliklə bunu müzakirə edəcəyik. Məqsədimizə uyğun komanda formalaşdıracağıq. Çünki tapşırıq aydındır - “Araz-Naxçıvan”ın beynəlxalq arendakı əvvəlki nüfuzunu geri qaytarmaq”.
Vitali Borisov məşqçilərlə bağlı qərarına da aydınlıq gətirib: “Predraq Raiç və qapıçı-məşqçi Zoran Rakiçeviçi yaxından tanıyıram. Raiçlə hələ 2008-ci ildə Rusiya “Dina”sında bir yer yerdə oynamışıq. 2014-2015-ci illərdə “Fənər”də, 2015-2017-ci illərdə Serbiya “Ekonomaç”ında çıxış edən zaman baş məşqçim olub. O, bir müddət EKOL-un da baş məşqçisi olub. Kifayət qədər təcrübəli məşqçidir, eyni zamanda, Azərbaycan futzalına və futzalçılarına yaxından bələddir. Yerli oyunçular da onu yaxşı tanıyır və hörmətlə yanaşırlar. Raiç UEFA tərəfindən futzal üzrə keçirilən məşqçi kurslarına da qatılıb və kateqoriyası var. Bütün bu sadaladıqlarım qərarıma təsir edən amillərdir. İnanıram ki, güclü və nizam-intizamlı, eyni zamanda, mehriban kollektiv formalaşdıracağıq. Bunlar olan yerdə nəticə də qazanılacaq”.
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video
"Zirə" kimi komandadan xal qazanmaq uğurdur" - Ayxan Abbasov
2-ci liqada liderlər böyükhesablı qələbə qazandılar
“Araz-Naxçıvan” - “Sabah”: Heyətlər
"Turan Tovuz" doğma stadionuna qayıdır
"Çox vacib xallar itirdik" - Kurban Berdiyev
Antonio Valensiya futbola qayıtdı
"Zirə" - "Şamaxı": Heyətlər açıqlandı
"Real" yeni mövsüm üçün ilk transferini etdi
Məşhur futbolçu karyerasını bitirdi
Konte iddialara cavab verdi
“İmişli” - “Turan Tovuz”: Heyətlər
"Çətinliyə baxmayaraq, mübarizə aparmalıyıq"
Maquayrla yeni müqavilə imzalandı
Azərbaycanda "ayın qolu"! Gözəlliyə baxın...- Video
"Bir gün yenidən “Neftçi”də olmaq istəyirəm" - Flavinyo
3 komandaya texniki məğlubiyyət verildi
AFFA baş məşqçiyə sərt cəza tətbiq etdi
Ürəyində problem yarandı, 34 yaşında karyerasını başa vurdu
"Razıyam, qolum baxımlı oldu" - Zubir
"Napoli" "Milan"a belə qalib gəldi - Video
Oğlu Luçeskunun durumundan danışdı
“Arsenal”ın məşqində qeyri-adi tapşırıq - Video
"Napoli" "Milan"a qalib gəldi, "Yuventus"dan qələbə
"Arsenal" "Sportinq"lə oyuna itkilərlə çıxacaq
Hakimi itələsə də, cəzasız qaldı - Video
“Tottenhem” onun stadiona girişinə qadağa qoydu
“Araz Saatlı”nın 7 qollu qələbəsi - Video
Tarixi "poker"dən 16 il keçir
Premyer Liqa klubları onu hədəfə aldı
"Oyun haqda çox danışmağa ehtiyac yoxdur" - Fizuli Məmmədov
“Qarabağ” - “Karvan-Yevlax” oyununda qol yağış kimi yağdı
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı