“Araz-Naxçıvan”da baş məşqçi vəzifəsinə yeni təyinat reallaşıb.
Qol.az Azərbaycan Futzal Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, mayın 31-də müqaviləsi başa çatan Joze Alesio Da Silva və onun köməkçisi Cordan Silva ilə müqavilə yenilənməyib.
Baş məşqçi vəzifəsinə Vitali Borisov təyin olunub. Ona serb mütəxəssislər - Predraq Raiç və qapıçı-məşqçi Zoran Rakiçeviç kömək edəcək.
Raiç bir müddət EKOL komandasında çıxış edib və baş məşqçi kimi fəaliyyət göstərib. Hər 3 məşqçi ilə anlaşma 1 il müddətinədir.
Qeyd edək ki, Vitali Borisov Azərbaycan millisinin, eləcə də “Araz-Naxçıvan”ın heyətində çıxış edib, kapitan sarğısını daşıyıb. O, futzalçı kimi müxtəlif illərdə Rusiya və Serbiya klublarında da legioner həyatı yaşayıb. Məşqçi kimi isə 2 il əvvəl “Neftçi” İK-da fəaliyyət göstərib. O, komandada köməkçi-məşqçi vəzifəsini icra edib. 2021-2022-ci il mövsümündə “Neftçi” İK Yüksək Liqanın bürünc medalını qazanıb, Azərbaycan kubokunun qalibi olub.
Tarixdə 3-cü dəfə
Reşford yenidən "Barselona" ilə danışıqlara başladı
"Difai"dən əzmkar qələbə - Video
Region Liqasında yarımfinalın cütləri müəyyənləşdi
"Qəbələ" üç xalı üç qolla qazandı - Video
Yamal, Sommer, Hakimi... - Həftənin rəmzi komandası
Bekhem və Nevill İngiltərə klubunu aldılar
"Liverpul" onu kimlə əvəz edəcək?
"Qəbələ" və "Difai"dən qələbə
"Yuventus" onu birdəfəlik alır
AFFA rəhbərliyi 1-ci liqa oyununda - Şəkil
"Tottenhem"in kapitanı bugünkü matçda oynamayacaq
Avroliqanın oyunlarını yayımlayacaq kanallar
"El-Klassiko"nun baş hakimi məlum oldu
Azərbaycanı Avropa Kubokunda 19 cüdoçu təmsil edəcək
Mahir Emreli ilə hansı liqa komandaları maraqlanır?
"Konfrans Liqasını qazanmalıyıq" - "Çelsi"nin baş məşqçisi
Misli Premyer Liqasında buhəftəki oyunların hakimləri
Bölgə klubunun futbolçusu cəzalandırıldı
PSJ bunu bacaran ilk Fransa klubu oldu
Yan Sommer Əşrəf Hakimiyə qarşı
Ertoğrul Sağlam Azərbaycandan təklif aldığını açıqladı
"Qarabağ" ÇL-də mübarizəyə 2-ci mərhələdən başlayacaq
"Arsenal" PSJ-dən üstün idi" - Arteta
Enrikedən qələbə şərhi