Dünya çempionatı: Taekvondoçumuz 1/8 finalda

Dünya çempionatı: Taekvondoçumuz 1/8 finalda
XƏBƏR 4 İyun 2023 / 12:38 789
-  A +

Azərbaycan taekvondoçusu Həmidrza Bədriəliabadi (+87 kq) Bakıda keçirilən dünya çempionatında ilk döyüşünü keçirib. 

Qol.az xəbər verir ki, 1/16 finalda Nouhum Diavara (Mali) ilə qarşılaşan təmsilçimiz qələbə qazanıb. O, rəqibini 2:1 hesabı ilə məğlub edib. 

Bədriəliabadi 1/8 finalda Omar El Yazidi (Fransa) ilə mübarizə aparacaq.  

1/16 finalda Mariella Bou Habib (Livan) ilə döyüşən Səmərrux Osmanova (53 kq) isə 1:2 hesabı ilə məğlub olub. 

Qeyd edək ki, dünya çempionatı bu gün başa çatacaq.


Son xəbərlər
topaz banner