İki taekvondoçumuzun rəqibləri müəyyənləşdi

İki taekvondoçumuzun rəqibləri müəyyənləşdi
XƏBƏR 1 İyun 2023 / 17:51 685
-  A +

Azərbaycanın taekvondoçularından Səyyad Dadaşov (54 kq) və Minayə Əkbərovanın (46 kq) Bakıda keçirilən dünya çempionatındakı ilk rəqiblərinin adına aydınlıq gəlib.

Qol.az xəbər verir ki,  Səyyad Dadaşov yarışa 1/16 finaldan başlayacaq və bu mərhələdə Omonjon Otajonov (Özbəkistam) – Brayan Qarrido Reyes (Kolumbiya) cütünün qalibi ilə üz-üzə gələcək.

Minayə Əkbərova da debüt görüşünə 1/16 finaldan başlayacaq. İslam Həmrəyliyi Oyunlarının gümüş medalçısı bu raundda Ruka Okamoto (Yaponiya) - Sarai Sançes (Puerto-Riko) qarşılaşmasının güclüsü ilə üz-üzə gələcək.

Qeyd edək ki, dünya çempionatı iyunun 4-də başa çatacaq.


Qarabağ FK
Son xəbərlər
18.11.26  12:30

"Real"dan gedəcək?

18.11.26  09:19

Messidən sərt tələb

topaz banner