Daha bir taekvondoçumuz Bakıdakı mundialı medalsız başa vurdu

Daha bir taekvondoçumuz Bakıdakı mundialı medalsız başa vurdu
XƏBƏR 1 İyun 2023 / 15:13 738
-  A +

Azərbaycanın daha bir taekvondoçusu Bakıda keçirilən dünya çempionatında medal qazana bilməyib

Qol.az xəbər verir ki, Xanoğlan Kərimov (65 kq) 1/64 finalda portuqaliyalı Alfredo Martinsi, 1/32 finalda Zakariya Muhammed Qalini (Səudiyyə Ərəbistanı) məğlub edib. Lakin Kərimov 1/16 finalda Tobias Hittelə (Danimarka) uduzub və mübarizəni dayandırıb.

Qeyd edək ki, dünya çempionatı iyunun 4-də yekunlaşacaq. Daha əvvəl Azərbaycanın 6 taekvondoçusu yarışı medalsız başa vurub.


Qarabağ FK
Son xəbərlər
18.11.26  12:30

"Real"dan gedəcək?

18.11.26  09:19

Messidən sərt tələb

topaz banner