Yığmamız Türkiyə ilə qarşılaşacaq

Yığmamız Türkiyə ilə qarşılaşacaq
XƏBƏR 31 May 2023 / 11:55 674
-  A +

İyunun 1-dən 20-dək Bakıda çimərlik futbolu üzrə Azərbaycan milli komandasının toplanışı olacaq.

Qol.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yığma iyunun 1-də və 3-də Türkiyə yığması ilə yoldaşlıq oyunu keçirəcək. 

Hər iki qarşılaşma Su İdman Sarayının çimərlik meydançasında olacaq. Matçlar saat 17:30-da start götürəcək.

Hazırlıq prosesinə dəvət olunmuş futbolçuların siyahısı:

Qapıçılar: Elçin Qasımov, Vaqif Şirinbəyov, Rafiq Kərimov

Oyunçular: Comərd Baxşəliyev, Elşad Manafov, Orxan Məmmədov, Fuad Hüseynov, Bayram Paşazadə, İsa Zeynallı, Sabir Allahquliyev, Ramil Əliyev, Tural Qürbətov, Emil Həsənzadə, Kamran Qürbətov


Son xəbərlər
topaz banner