"Liverpul" yeni idman direktorunu açıqladı

"Liverpul" yeni idman direktorunu açıqladı
XƏBƏR 30 May 2023 / 13:58 1438
-  A +

"Liverpul" Yorq Şmadtkeni yeni idman direktoru təyin edib.

Qol.az xəbər verir ki, bu haqda klubun saytı məlumat yayıb. Almaniyalı mütəxəssis iyunun 1-də işə başlayacaq və idman direktoru vəzifəsində Culian Vardı əvəz edəcək.

Yorq əvvəllər "Volfsburq"da işləyib. O, Almaniya klubunda 4 il keçirib və 2023-cü ilin yanvarında ayrılıb. Yorqun "Liverpul" la müqaviləsinin müddəti açıqlanmayıb.


Qarabağ FK
Son xəbərlər
18.11.26  12:30

"Real"dan gedəcək?

18.11.26  09:19

Messidən sərt tələb

topaz banner