PSJ-nin futbolçusu Lionel Messi karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Qol.az xəbər verir ki, bu barədə "Ole" məlumat yayıb. 35 yaşlı hücumçuya bir Premyer Liqa klubundan təklif gəlib. Lakin hələlik sözügedən klubun adı açıqlanmayıb.
Messinin təklifə hansı cavabı verdiyi isə məlum deyil.
Daha əvvəl argentinalı forvarda Səudiyyə Ərəbistanı "Əl-Hilal"ından və ABŞ-ın "İnter Mayami"sindən sərfəli təkliflər gəlmişdi.
Qeyd edək ki, Messinin PSJ ilə sözləşməsi bu ilin yayına kimidir. Oyunçu müqaviləni uzatmaq fikrində deyil. Onun 2004-2021-ci illərdə də çıxış etdiyi "Barselona"ya qayıdacağı ehtima olunur.
Arne Slotdan etiraf
20 il sonra “Kamp Nou”da
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi
“Cəbrayıl”ın 3 qollu qələbəsindən - Video