"Çelsi" Poçettinonun təyinatını açıqladı

"Çelsi" Poçettinonun təyinatını açıqladı
XƏBƏR 29 May 2023 / 15:58 2654
-  A +

"Çelsi" Maurisio Poçettinonun baş məşqçi təyin olunduğunu açıqlayıb.

Qol.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Argentinalı mütəxəssis iyulun 1-də işə başlayacaq. O, daha bir mövsüm uzatmaq imkanı ilə 2 illik müqavilə imzalayıb.

Qrem Potterin qovulmasından sonra "Çelsi"nin baş məşqçisi vəzifəsini müvəqqəti olaraq Frank Lempard icra edirdi.

"Çelsi" bu mövsüm Premyer Liqanı 12-ci pillədə başa vurub .


Son xəbərlər
topaz banner