Mbappe danışdı: Qalır, ya gedir?

Mbappe danışdı: Qalır, ya gedir?
XƏBƏR 29 May 2023 / 11:27 4204
-  A +

PSJ-nin futbolçusu Kilian Mbappe növbəti mövsüm də komandada qalacağını açıqlayıb.

Qol.az xəbər verir ki, 24 yaşlı hücumçu deyib:  “Fürsətdən istifadə edərək bütün PSJ heyətinə təşəkkür etmək istəyirəm. Gələn il burada olacağam. Mən çox xoşbəxtəm".

Qeyd edək ki, Mbappe PSJ-ni heyətində 4-cü dəfə Fransa çempionu olub. O, 2017-ci ildən bu komandada çıxış edir. Futbolçunun bu yay "Real"a keçəcəyi barədə xəbərlər yayılmışdı.


Son xəbərlər
topaz banner