"Qarabağ"ın yubiley qələbəsi

"Qarabağ"ın yubiley qələbəsi
XƏBƏR 29 May 2023 / 10:59 1541
-  A +

“Qarabağ” Azərbaycan çempionatlarında 300-cü ev qələbəsini qazanıb.

Qol.az xəbər verir ki, bu, Misli Premyer Liqasının 36-cı turunda baş verib. Qurban Qurbanovun komandası mövsümün son matçında “Turan Tovuz”a qalib gəlib – 3:1.

Ağdam klubu 1992-ci ildən keçirilən ölkə çempionatlarında 300-cü ev qələbəsini 438-ci oyunda bayram edib. “Qarabağ” bu göstəricidə mütləq rekordçudur.

Ağdamlıların ilk ev qələbəsi 1992-ci mayın 6-da qeydə alınıb. Həmin gün Kürdəmir “Şirvan”ını qəbul edən “Qarabağ” 6 cavabsız qolla qələbə qazanıb.


Son xəbərlər
topaz banner