Azərbaycanda 19 ilin rekordu

Azərbaycanda 19 ilin rekordu
XƏBƏR 29 May 2023 / 10:18 3133
-  A +

Misli Premyer Liqasının başa çatan 2022/23 mövsümündə 475 qol vurulub. 180 oyunun keçirildiyi çempionatda orta məhsuldarlıq 2,64-ə bərabərdir.

Qol.az PFL-in saytına istinadən xəbər verir ki, bu, son 19 mövsüm üçün rekord göstəricidir. 2004/05 mövsümündən indiyədək olan müddətdə belə məhsuldarlıq qeydə alınmayıb.

Bu rəqəmin daha yüksək olması sonuncu dəfə 2003/04 mövsümündə gerçəkləşib. Baş tutan 167 oyununda 485 qolun vurulduğu çempionatda orta göstərici 2,90 olub.

Qeyd edək ki, 2021/22 mövsümünün 112 oyununda 295 qol vurulub. Həmin vaxt məhsuldarlıq 2,60-a bərabər olub.


Qarabağ FK
Son xəbərlər
18.11.26  12:30

"Real"dan gedəcək?

18.11.26  09:19

Messidən sərt tələb

topaz banner