“Fransanın ən böyük klubu PSJ-dir”

“Fransanın ən böyük klubu PSJ-dir”
XƏBƏR 28 May 2023 / 14:59 1411
-  A +

PSJ-nin hücumçusu Kilian Mbappe komandasının çempion olması barədə danışıb. 

Qol.az xəbər verir ki, fransalı hücumçu bu haqda öz sosial şəbəkə hesabında paylaşıb. Forvard yazıb: 

“Fransa çempionu. 11-ci titul. Xanımlar və cənablar, Fransanın ən böyük klubu PSJ-dir”.

Qeyd edək ki, Mbappe 2017-ci ildən Paris klubunda çıxış edir. Onun klubla hazırkı müqaviləsi 2024-cü ilə qədərdir. O, bu mövsüm bütün turnirlərdə 41 oyun keçirib, 40 qol vurub və 9 məhsuldar ötürmə edib.


Son xəbərlər
topaz banner